Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu necə həyata keçirilir?

  • Əsas səhifə
  • Xəbərlər
  • 0 Komment
  • 16 Avqust 2023

Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu necə həyata keçirilir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 85-ci, “Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları” maddəsinin birinci hisəsinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
Maddədən göründüyü kimi, işçi ilə işəgötürən arasındakı əmək münasibətləri ilə bağlı tərtib olunmuş əmrlərin qeydiyyatı həyata keçirilməlidir. Qeydiyyatın həyata keçirilməsi üçün iki metod tətbiq edilir:
- kompüter vasitəsilə xüsusi proqramla
Fikrimizcə, burda hər hansı Excel proqramında aparılan uçot nəzərdə tutulmur. Bəzi qurumlar mövcuddur ki, kadr kargüzarlığının həyata keçirilməsi üçün xüsusi proqramlar hazırlayaraq tətbiq edirlər. Həmin proqram təminatının təhlükəsizliyinin təmini və səlahiyyət bölgüsü müvafiq qaydalara uyğun həyata keçirilir.
- xüsusi kitab (jurnal) vasitəsilə
Həmin kitabla bağlı tələblər mövcuddur. Maddəyə əsasən, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
Qeydiyyat kitabları ilə bağlı əmək qanunvericiliyində başqa tələblər də nəzərdə tutulub. Əmək Məcəlləsinin 85-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Həmçinin, maddənin üçüncü hissəsində qeyd edilir ki, bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.
 Maddələrdən göründüyü kimi, əmək qanunvericiliyində qeydiyyat kitabına xüsusi önəm verilir və işəgötürən üçün xüsusi tələblər müəyyən edilib.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair TƏLİMAT”ının 7 nömrəli Əlavəsi ilə “Əmrlərin qeydə alınması kitabı”nın forması təsdiq edilib. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    22 İyun 202609:05

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?

    Populyar məqalələr

    01 İyun 202608:39

    Hansı halda işçini işə qəbul etdikdə narkoloji müayinə tələb ediləcək? (YENİ)

    26 May 202610:26

    ƏMAS Platformasında YENİLİK! Qismən sosial ödənişli məzuniyyət əmri ilə bağlı MƏHDUDİYYƏT

    03 İyun 202608:31

    Hansı halda arayış və rəy olmadan işə qəbul qadağan edilir? (YENİ)

    03 İyun 202608:55

    İşçi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya aldıqda, gəlir vergisi necə hesablanacaq?

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    Məqalələr

    İşəgötürənin vergi sirrini yaymaq halında əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək?.

    • 08 İyun 2026

    Məqalələr

    Distant iş forması əmək şəraitinin əlavə şərti hesab olunacaq? (3 VACİB MƏQAM).

    • 05 İyun 2026

    Məqalələr

    Hansı hallarda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər 8 faiz əvəzinə 6 faiz vergi ödəyəcəklər?.

    • 04 İyun 2026

    Məqalələr

    Müavinətlə bağlı Nazirlər Kabinetinin 31 nömrəli qərarı ilə bağlı yeni dəyişiklik: tətbiq tarixi rəsmiləşdirildi? (YENİ).

    • 04 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur