Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Müddətli müqavilənin artırılmasında ən çox rast gəlinən səhv hansıdır?

  • Əsas səhifə
  • Xəbərlər
  • 1 Komment
  • 07 Avqust 2023

Müddətli müqavilənin artırılmasında ən çox rast gəlinən səhv hansıdır?

Satışı yalnız kitabxanalarda davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Müddətli əmək müqaviləsinin artırılmasında bəzi həmkarlarımızın yol verdiyi səhv haqqında misal üzərində məlumat vermək istərdik.

Mİsal 1. İşəgötürən işçi ilə 3 aylıq əmək müqaviləsi imzalayır və müddət bitdikdən sonra müqavilə eyni müddətdə artırılır. 6 aydan sonra əmək müqaviləsinin müddəti yenə avtomatik 6 ay artırılır: (3 ay (bağlandığı müddət) + 3 ay (uzadıldığı müddət)). İşəgötürən 9-cu ayda işçinin əmək müqaviləsinə müddətin bitməsi adı ilə xitam vermək istərsə, bu, doğru (qanuni) olmayacaq. Çünki əmək müqaviləsi 9 aydan yox, 12 aydan sonra başa çatır. İşçinin əmək müqaviləsi ilk dəfə 3 ay artırıldığı üçün əmək müqaviləsinin müddəti artıq 6 aylıq hesab edilir. Məhz buna görə əmək müqaviləsinin müddəti ikinci dəfə 3 aylıq yox, 6 aylıq artırıldığından müqavilənin bitmə tarixi müqavilə imzalandığı tarixdən 12 ay sonra hesab edilir.

Fikrimizin daha da aydın olması üçün fərqli misala baxaq.

Mİsal 2.  İşəgötürən işçi ilə 5 aylıq əmək müqaviləsi imzalayır. Müddət bitdikdə qarşılıqlı razılaşmaya əsasən, müqavilənin müddəti 2 ay müddətinə artırılır. Müqavilə imzalandığı gündən 7 ay (5 ay (ilkin müqavilə dövrü) + 2 ay (artırılan dövr)) keçdikdən sonra, müddətli əmək müqaviləsi avtomatik artırılır. Bu halda işçinin əmək müqaviləsi sonuncu dəfə 2 ay artırılsa da, ümumi əmək müqaviləsi 7 aylıq olduğu üçün, artırılan müddət də 7 ay nəzərə alınmalıdır.

İşəgötürən tərəfindən müddətli əmək müqaviləsinin artırılması müddətinin zamanı iki proses həyata keçirilməlidir.

Birincisi, əmək müqaviləsinin müddəti bitdikdən sonra işəgötürən bir həftədən gec olmamaqla əmək müqaviləsinə dəyişikliklər hazırlamalı və müqavilənin müddətinin artırılmasını həyata keçirməlidir. Qeyd edək ki, işəgötürən müqavilə müddətinin bitməsini gözləmədən də müddəti artırmaq hüququna malikdir. Əmək Məcəlləsinin 73-cü maddəsində qeyd edilən “bir həftə” tələbinə müddətin artırılması ilə bağlı müəyyən edilən son hədd kimi baxılmalıdır.

İkincisi, işəgötürən müqavilə müddətinin bitməsi ilə bağlı mövcud əmək müqaviləsini ləğv edib, işçi ilə yeni, müddətli əmək müqaviləsi bağlaya bilər. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verdiyindən mütləq işçi ilə son haqq-hesab aparmalıdır ki, bu da birinciyə nisbətən uzun prosesdir, daha çox rəsmiləşdirmə və hesablama tələb edir.

 Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

1 Komment

  1. NIGAR ALAKBAROVA 08 Avqust 2023

    Salam. Çox maraqlı bir məqama toxundunuz. QEyd etdiyiniz məsələ ancaq avtomatik uzadılmaya aiddir? Məsəl üçün, biz tikinti şirkətiyik və fəhlə ilə 1 aylıq müqavilə bağlayırıg. Müqavilədə müddət dəyişəndə tarix görsədirik, yani işçi ilə 01.08.2023dən -31.08.2023-dək 1 ay müddətinə müqavilə bağladıq , 01.09.2023 tarixində müddəti 01.10.2023-dək uzadırıg. Bu yanlışdır? Onu da qeyd edim ki, müqavilədə dəyişiklik bəndində 1 ay yox, filan tarixinədək uzadıldı qeyd edirəm.

Şərh yazın

Son məqalələr

12 Dekabr 202512:15

DİQQƏT! Dövlət sektorunda çalışanların icbari sığortalanmasını sığorta şirkəti yox DSMF həyata keçirəcək

11 Dekabr 202518:31

2026-cı il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiqləndi

Populyar məqalələr

19 Noyabr 202523:47

Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?

03 Dekabr 202515:31

Nazirlər Kabinetinin Novruz və Ramazan bayramları ilə bağlı qərarının tətbiqində İKİ VACİB MƏQAM

21 Noyabr 202510:15

ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək

04 Dekabr 202511:07

Dekabr ayının sonunda iş və istirahət günlərinin yeri dəyişdiriləcək?

Populyar Teqlər

  • Vergi işi
  • Əməyin uçotu
  • Sual-cavab
  • Mühasibatlıq
  • Nəşrlərdən seçmələr

Xəbərlər

Sosial

DİQQƏT! Dövlət sektorunda çalışanların icbari sığortalanmasını sığorta şirkəti yox DSMF həyata keçirəcək.

  • 12 Dekabr 2025

Qanunvericilik

2026-cı il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiqləndi.

  • 11 Dekabr 2025

Məqalələr

Rəşad Mustafayev: "Distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalacaq".

  • 10 Dekabr 2025

Məqalələr

Fuad Heydərov: "Əmək Məcəlləsinin 179-cu maddəsinə hesablanan məbləğ aşağı olduqda sonuncu iş günü üzrə nəzərə alınacaq".

  • 10 Dekabr 2025

Sosial

Vüqar Bayramov: "Nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verilməsi işçinin əmək hüquqlarını pozur".

  • 10 Dekabr 2025

Məqalələr

Adil Vəliyev: "Bu halda işçinin sonuncu birgünlük əməkhaqqsından az olduğu zaman sonuncu birgünlük əməkhaqqının tətbiq ediləcək".

  • 10 Dekabr 2025

Vergi işi

RƏSMİ! Dövlət Vergi Xidməti hüquqi şəxslərə YENİ məlumatın göndərilməsi ilə bağlı SON VAXT müəyyənləşdirildi.

  • 09 Dekabr 2025

Məqalələr

Uşağın Doğulmasına Görə Atalıq Məzuniyyəti: Müddət və Tətbiq Mexanizmi (8-ci yazı).

  • 09 Dekabr 2025

Məqalələr

DƏYİŞİKLİK! İşəgötürənə hüquq verilir ki, işçiləri məcburi əmək məzuniyyətinə göndərsin? (VİDEO).

  • 09 Dekabr 2025

Məqalələr

Sevindirici xəbər! Məzuniyyət haqqının ödənilməsi ilə bağlı “3 gün əvvəl ödəniş” tələbi ləğv edilir? (7-ci yazı).

  • 08 Dekabr 2025

Məqalələr

İlkin Lələyevin təqdimatında: Beynəlxalq yükdaşıma xidməti göstərən şəxslərin vergi öhdəlikləri.

  • 08 Dekabr 2025

Məqalələr

Gözlənilən Dəyişiklik! İşçi hansı sənədləri işə qəbul zamanı könüllü olaraq təqdim edəcək?  (6-cı yazı).

  • 08 Dekabr 2025

blog

Faydalı Linklər

  • Vergi işi
  • Mühasibatlıq
  • İnsan Resursları
  • Maliyyə
  • Sual-cavab

Sosial Media

  • Facebook
  • Twitter
  • Instagram

MKS.AZ Bütün hüquqlar qorunur