Eurovisionda işıqforlar da fərqli işləyəcəklər

Eurovisionda işıqforlar da fərqli işləyəcəklər

Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə nəqliyyatı intellektual idarəetmə sistemindən istifadə olunmaqla, işıqforlar üçün "yaşıl dalğa" rejimi tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev bildirib.
Onun sözlərinə görə, "yaşıl dalğa" sistemi VIP şəxslərin və nümayəndə heyətlərinin sərbəst keçidini təmin etmək məqsədilə tətbiq olunur.
"Yaşıl dalğa" nəqliyyat vasitələrinin hərəkətinin işıqforlarla avtomatik tənzimlənmə sistemidir.
"Hazırda "yaşıl dalğa" artıq paytaxtın əsas küçələrində tətbiq edilir. O, işıqforlar arasında qarşılıqlı əlaqənin qurulmasına imkan verir, müəyyən hesab sürəti ilə hərəkət edən nəqliyyat vasitələrinin kompakt qrupunun keçdiyi anda yaşıl işarənin işə düşməsini təmin edir", - mərkəzdən deyiblər.
Hazırda Bakıda işıqforların modernləşdirilməsi və yenidən qurulması davam edir. Sistemə birləşdirilən yeni işıqfor aparatları 150 yolayrıcında quraşdırılıb və ehtiyac olarsa, onların sayı artırılacaq.
 

0 Komment

    Şərh yazın

    Xəbərlər