Maliyyə Nazirliyindən bəzi QHT-lərə ciddi xəbərdarlıq

Maliyyə Nazirliyindən bəzi QHT-lərə ciddi xəbərdarlıq

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatı
Qeyri-hökumət təşkilatlarının nəzərinə!
Azərbaycan Respublikası Maliyyə Nazirliyi bildirir ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Hesabat dövrü ərzində qeyri-hökumət təşkilatının maliyyə fəaliyyətinin olmaması onu maliyyə hesabatlarını təqdim etmək öhdəliyindən azad etmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir.

Həmin Qaydanın 5.2-ci bəndinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir.  
Qeyri-hökumət təşkilatları tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməməsi ilə bağlı  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir.
Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinin təmin edilməsi üçün 01 aprel 2012-ci il tarixədək illik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatlarına yazılı xəbərdarlıq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məlumat verilmişdir.
Hal-hazıradək 2011-ci il üzrə illik maliyyə hesabatlarını təqdim etməyən yerli  qeyri-hökumət təşkilatının və xarici qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin bir daha nəzərinə çatdırırıq ki, göstərilən müddət ərzində illik maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etsinlər.    
Qeyri-hökumət təşkilatları tərəfindən 2011-ci il üçün tərtib edilmiş maliyyə hesabatları elektron formada Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar yalnız Word, Exel, Adobe acrobat (PDF) formatlarında [email protected] email ünvanına göndərilə bilər.
Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:
Tel: 404 46 99,  daxili nömrələr 214, 253, 519, 548

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər