Prezident Təhsil Nazirliyinin hansı səlahiyyətlərini TQDK-ya verdi?

Prezident Təhsil Nazirliyinin hansı səlahiyyətlərini TQDK-ya verdi?

Azərbaycan prezidenti İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında əsasnamədə dəyişikliklər edilməsi barədə fərman imzalayıb.   APA-nın məlumatına görə, fərmanda orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılmasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilməsi nəzərdə tutulur. Fərmana əsasən, TQDK bir ay ərzində nəzdindəki təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmalı, Azərbaycan Nazirlər Kabinetinə üç regional bölmənin yaradılması barədə təklif  verməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Təhsil Nazirliyi isə ümumtəhsil müəssisələrində təhsil alanların biliyinin yekun attestasiyası üçün istifadə etdiyi maddi-texniki avadanlıq və elektron məlumat bazasının 15 gün ərzində TQDK-ya verilməsini təmin etməlidir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər