Həmçinin avtobusların hərəkətinə nəzarət məqsədilə 4 - biri Heydər Əliyev Beynəlxalq Hava Limanında, 2-si Azadlıq meydanında, biri "Bakı Kristal Zalı" ərazisində - dispetçer məntəqələri yaradılacaq.
Paytaxt ərazisində 22 yerdə xüsusi taksi dayanacaqları yaradılacaq. Bu dayanacaqlarda yalnız London taksiləri işləyəcək. Həmin dayanacaqlar Azadlıq, Azneft və Fizuli meydanlarında, Bakı Beynəlxalq Avtovağzalında, Heydər Əliyev Beynəlxalq Hava Limanında və digər yerlərdə yaradılacaq. Həsənov bildirib ki, London taksiləində işləmək üçün 220 sürücü hazırlanıb və təlim keçib.