Hesablama Palatasının sədri dövlət qurumlarında aparıılan yoxlamalardakı pozuntular haqqında danışdı

Hesablama Palatasının sədri dövlət qurumlarında aparıılan yoxlamalardakı pozuntular haqqında danışdı

Bu gün Milli Məclisdə Hesablama Palatasının sədri Heydər Əsədov qurumun 2011-ci ildə fəaliyyəti barədə hesabat verib. Lent.az-ın verdiyi məlumata görə, Heydər Əsədov deyib ki, audit prosesinə hələ də səriştəsiz təşkilatların cəlb olunması halı davam edir. Heydər Əsədov bildirib ki, təhsil, səhiyyə sahələrində artıq ştat vahidlərinin saxlanılmasına yenə də rast gəlinir. Onun sözlərinə görə, hesabat müddətində dəymiş ziyanla bağlı yüz min manatlarla vəsaitin büdcəyə ödənilməsi, işlərin görülməsi təmin edilib: “Apardığımız yoxlamalar zamanı işdən çıxarılanların sayı ümumilikdə iki nazirliyin strukturunda çalışanların sayına bərabərdir. Onu da qeyd edim ki, çıxarılanların 25 nəfəri vəzifəli şəxsdir. 1 yüksək vəzifəli şəxs işdən çıxarılıb, 1 nəfər aşağı vəzifəyə göndərilib, 2 cinayət işi açılıb. İradlardan nəticə çıxarmayan qurumların maliyyələşdirilməsinin dayandırılması barədə Maliyyə Nazirliyi qarşısında məsələ qaldıracağımızı da burada bəyan edirəm”.

O, artıq tək maliyyə auditi deyil, səmərəlilik auditinin tətbiqinə də başlanacağını söyləyib: “Bu, yeni auditdir və beynəlxalq aləmdə yayılıb”.

0 Komment

    Şərh yazın

    Xəbərlər