Havaların yenidən soyuyacağı tarix məlum oldu

Havaların yenidən soyuyacağı tarix məlum oldu

Martın 27-dən Azərbaycan ərazisində hava şəraiti nisbətən soyuyacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə isti, günün birinci yarısında 11 dərəcəyə yaxın olacaq. Temperatur günün ikinci yarısından başlayaraq 4 dərəcəyədək aşağı enəcək. Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.  Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər