ƏDV depozit hesabına nə zaman sərəncam qoyula bilər?

ƏDV depozit hesabına nə zaman sərəncam qoyula bilər?

 

Sual: Nə uçun bəzi müəssisələrin  depozit hesablarındakı vəsaiti hesabına alınmış mal, iş və xidmətlərin ƏDV-sinin köcürülməsinə heç bir əsas olmadan qadağa qoyulur? Niyə depozit hesabındakı vəsaiti ancaq YXO-ya köcürmək mümkün olur?  Ümümiyyətlə, belə hal mümkündür?

Cavab: Hamımız bilirik ki, vergilər, faizlər, maliyyə sanksiyaları üzrə borclar olanda vergi orqanları müəssisələrin bank hesablarını dondurur, daha doğrusu, sərəncamlar tətbiq etməklə hesablarda olan vəsaitlərin büdcəyə ödənilməsini təmin edirlər. Əlbəttə ki, bu Vergi Məcəlləsi ilə tənzimlənir.Vergi Məcəlləsində vergi ödəyicilərinin borclarının alınması proseduru 65-ci maddə ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, vergi orqanları vergi ödəyiciyisinə borcu  haqqında bildiriş göndərir. Bundan sonra vergi ödəyicisi borcunu ödəmədikdə hesablarına sərəncam tətbiq edilir, bank hesabları dondurulur, hesablar ancaq büdcəyə ödənişlər etmək üçün açıq olur. Bu zaman həmin sərəncamlar depozit hesabına da tətbiq olunur. Depozit hesabına sərəncam ancaq müəssisənin ƏDV üzrə borcu olduqda qoyulur, borc ödənildikdən sonra hesab açılır. Bundan sonra vergi ödəyicisi həmin hesabdan digər şəxsin depozit hesabına ödənişlər eldə bilər.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər