Kommunal ödənişlər üçün bonus verən yeni SAYT

Kommunal ödənişlər üçün bonus verən yeni SAYT

 

Viza kommunal ödənişlər üçün müasir ödəniş texnologiyalarından istifadənin üstünlüklərini nümayiş etdirən aksiya keçirir. Bütün Visa sahibləri üçün www.hesab.az portalında kartla bütün kommunal xidmətlərin ödənişində imtiyazlar təklif edilir. Portal bank kartları ilə telefon və mobil rabitə, internet və kabel televiziyası da daxil kommunal xidmətlərin ödənişini mümkün edir. Portalın bütün qeydiyyata alınan istifadəçiləri bank kartından hər kommunal ödəniş zamanı bonus balı qazanır. Kartla ödənilən hər 1 qəpik üçün 1 bonus balı verilir. Yığılan xallarla elektron lotereya almaq olar. 1 martdan 30 aprelə kimi Visa kartı sahibləri www.hesab.az kommunal hesaba ödəniş etməklə başqa portal istifadəçilərindən 3 dəfə çox bonus qazanacaq. Golden Pay şirkətinin təsisçisi Fərid İsmayılzadə qeyd edib ki, bu gün www.hesab.az internet resursuna əhali üçün kütləvi ödəniş xidməti təqdim edən 20 iri Azərbaycan şirkəti qoşulub, 10 min aktiv istifadəçi qeydiyyata alınıb.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər