“APA-ECONOMICS”
Türk lirəsinin loqotipininin mənası açıqlandı
Türkiyə Mərkəzi Bankı ölkənin milli valyutasının - türk lirəsinin (TL) loqotipini təqdim edib. Türkiyə mətbuatına istinadən xəbərinə görə, loqotip üzərində iki xətt çəkilmiş çevrilmiş qarmaq formasındadır. Təqdimat mərasimində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, 8 min variant arasından seçilmiş loqotipin çevrilmiş balıq qarmağı formasında olması onun sabit valyuta olduğunu, yüksələn xətlər isə artan nüfuzunu göstərir. Qeyd edək ki, türk lirəsinin loqotiplə təchiz olunması Türkiyə hökumətinin ölkənin pul sisteminin islahatı prosesində növbəti addımdır. Belə ki, 2005-ci ildə islahat nəticəsində altı sıfırı atılan valyuta “yeni türk lirəsi” adını alıb. Üç il sonra onun adından “yeni” sözü çıxarılıb.
“APA-ECONOMICS”