Cümə axşamı, 16 Fevral 2012 11:01

Dövlət Neft Fondu qızıla nə qədər investisiya edəcək?

Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədi ilə qızıla investisiya etməyə başlayıb.

Fondun investisiya siyasətinə əsasən, 2012-ci il ərzində qurumun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. Bu məqsədlə 1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası, Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və  saflaşdırma şirkətlərini əhatə edir.

Şərh yazın