Nazirlər Kabineti 2012-ci ildə Novruz, Ramazan, Qurban bayramlarına uyğun qeyri -iş günlərini müəyyənləşdirdi

Nazirlər Kabineti 2012-ci ildə Novruz, Ramazan, Qurban bayramlarına uyğun qeyri -iş günlərini müəyyənləşdirdi


Nazirlər Kabineti “2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında”

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər