Bazar ertəsi, 05 Fevral 2018 06:15

İxtisarla bağlı YENİ DƏYİŞİKLİYİN MÜQAYİSƏLİ və MİSALLA İZAHI

Mks.az saytının ekspertlərinin təqdimatında 01 yanvar 2018-cil tarixdən tətbiq olunan Əmək Məcəlləsinə dəyişikliklər haqqında məlumatlar verməyə davam edirik. Məlumat üçün bildirək ki, yeni dəyişikliklərin izahı və yeni Əmək Məcəlləsi yeni nəşrimiz olan "Əmək Qanunvericiliyi Toplusu- 2018" kitabında geniş verilib.
 
01 yanvar 2018-ci il tarixə kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndi aşağıdakı kimi olub:
 
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin70-ci maddəsinin«b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
01 yanvar 2018-ci il tarixdən etibarən, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndi aşağıdakı kimidir:
 
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduq da bu Məcəllənin 70-ci maddəsinin«b» bəndiilə işəgötürən tərəfindən əməkmüqaviləsi ləğv edilməzdən əvvəl  işçi işəgötürən tərəfindən HƏMİN İŞƏGÖTÜRƏNLƏ bağlanmış əmək müqaviləsinə (əməkmüqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda— azı iki təqvim həftəsi;

bir ildən beşilədək əmək stajı olduqda— azı dörd təqvim həftəsi;

beş ildən on ilədək əmək stajı olduqda— azı altı təqvim həftəsi;

on ildən çox əmək stajı olduqda— azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədiilə işçi azı bir işgünü əmək funksiyasının icrasından azad edilir.

Dəyişiklikləri müqayisə etdikdə aşağıdakı nəticələr alınır?

01 yanvar 2018-ci kimi qədər:

1) İxtisar zamanı əmək stajından asılı olmayaraq bütün işçilərə eyni dövrdə ilə xəbərdarlıq verildi. Yəni istər 5 ay istərsə də, 20 ilin işçisi olsan da, ən azı 2 aydan öncədən xəbərdarlıq edilirdi.

2) Əmək stajının müddəti rol oynamadığından stajın nə qədərinin həmin işəgötürən yəni ixtisar edənlə olması rol oynamırdı.

01 yanvar 2018-ci ildən etibarən 

1) Artıq əmək stajına uyğun olaraq, xəbərdarlıq müddəti rol oynayır. Misal dəyişikliyə qədər, 10 ay stajı olan  həmçinin 15 il stajı isçiyə 2 ay öncədən xəbərdarlıq edilməli idisə, indi 10 ay stajı olanı 2 həftə öncədən xəbərdarlıq edərək ixtisara sala bilərsiniz.  Xəbərdalıq müddəti ilə əmək stajının artıq birbaşa bağlığı var.

2) İndi ixtisar edən zamanı əmək stajı dedikdə, sırf ixtisar edən işəgötürəndə staj nəzərdə tutulur. Yəni işçisinin 10 il əmək staji varsa, amma bunun 3 ili həmin işəgötürəndədirsə, xəbərdarlıq müddəti zamanı 10 il yox 3 il nəzərə alınmalıdır. 

Sonda bildirik ki, ixtisar zamanı Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad ediməsi məsələsi OLDUĞU KİMİ QALIR

--------------------------------------------------------------------------------------------------------------------------------
Əmək Qanunvericiliyi Toplusu 2018 kitabı satışda 
 
www. Mks. az saytı yenidən nəşrləri ilə həmkarlarımızın görüşünə gəlir: "Əmək Qanunvericiliyi Toplusu -2018" kitabı satışda.  Kitabda 01 yanvar 2018-ci il tarixinə olan dəyişikliklərlə Əmək Məcəlləsi, Nazirlər kabinetinin qərarları və sahəvi qurumların normativ hüquqi aktları yerləşdirilib. Əlavə olaraq Əmək Məcəlləsinə son dəyişikliklər şərh olunub.  Üstəlik Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin ekspertlərinin əmək qanunvericiliyindəki bəzi mübahisəli məqamlarla bağlı rəsmi mövqeyi verilib. Nəhayət, www.mks.az saytının ekspertlərinin bəzi aktual məsələrlə bağlı şərhləri yerləşdirilib.  Kitabı əldə etmək üçün bizim əlaqə vasitələrimizlə (012 564 86 85, 050 368 12 72) sifariş verə bilərsiniz.  Çatdırılma pulsuzdur.  Kitab iki iş günü ərzində çatdırılır. Kitabın satış qiyməti 12 (on iki) manatdır. 
 

Şərh yazın