İcarə ödənişləri zamanı 2 hal üçün elektron qaimə-fakturanın tətbiqi

İcarə ödənişləri zamanı 2 hal üçün elektron qaimə-fakturanın tətbiqi

Həmin icarədarların bir qismi fiziki şəxs qismində (VÖEN-lə), bir qismi isə sadə vətəndaşlardan ibarətdir. Xahiş edirəm bildirəsiniz ki, mən həmin icarədarlara qaimə-faktura göndərməliyəmmi? 
 
Sual: Mən daşınmaz əmlakı kirayə (icarə) verirəm (kod 68200). Həmin icarədarların bir qismi fiziki şəxs qismində (VÖEN-lə), bir qismi isə sadə vətəndaşlardan ibarətdir. Xahiş edirəm bildirəsiniz ki, mən həmin icarədarlara qaimə-faktura göndərməliyəmmi? Göndərməli olduqda sadə vətəndaşlara necə? Əvvəlcədən sizə təşəkkürümü bildirirəm.
Əzizov Hacı Hicran (25.01.2018)
Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Bu baxımdan da sorğunuzda qeyd olunan icarəyə verən şəxs əmlakını fərdi sahibkarlara icarəyə veridkdə elektron qaimə-fakturanı verməli, bununla yanaşı isə göstərilən xidmətin müqabilində edilən ödənişin alınmasını təsdiqləyən mədaxil qəbzini təqdim etməlidir.
Vergi ödəyicisi olmayan fiziki şəxslərə isə elekron qaimə-faktura verilmir.
 
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər