Vergilər Nazirliyinə Müəsisənin təsisçiliyi ilə bağlı maraqlı sual

Vergilər Nazirliyinə Müəsisənin təsisçiliyi ilə bağlı maraqlı sual

 A və B müəssisiəsinin təsisçisi eyni fiziki şəxsdir.  1. A müəsisəsi B müəssisəsini satın alır. Bu zaman satılan müəssisədə və onun təsisçisində hansı vergi öhdəlikləri meydana gəlir? 
2. A müəssisəsi ilə B müəssisəsi birləşir. Bu zaman hansı vergi öhdəlikləri yaranır?
 
Mənim belə sualım var: A və B müəssisiəsinin təsisçisi eyni fiziki şəxsdir. 
1. A müəsisəsi B müəssisəsini satın alır. Bu zaman satılan müəssisədə və onun təsisçisində hansı vergi öhdəlikləri meydana gəlir? 
2. A müəssisəsi ilə B müəssisəsi birləşir. Bu zaman hansı vergi öhdəlikləri yaranır?
 
İslam Şalbuzov Şakır, [email protected], Bakı (12.01.2018) 
1. Cavab: Bildiririk ki, A hüquqi şəxs tərəfindən B müəssisənin alınması həmin müəssisənin təsisçisi tərəfindən təqdim olunması anlamını verir. Bu baxımdan da müəssisədə 100 faiz iştirak payına sahib olan təsisçi payını hüquqi şəxsə təqdim etdiyi (satdığı) halda, alqı-satqı müqaviləsinin bağlandığı tarixə aktivlərin xalis dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı müsbət fərqdən, habelə iştirak payları aktivlərin xalis dəyərindən yuxarı qiymətə təqdim edildikdə onların satış qiyməti ilə nominal dəyəri arasındakı fərqdən gəlir vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
 
Onu da nəzərə almaq lazımdır ki, alıcı ilə satıcı qarşılıqlı surətdə asılı olan şəxslər olduğundan vergilərin hesablanması zamanı onların arasında bazar qiymətləri tətbiq oluna bilər.
 
Bax: Vergi Məcəlləsinin 18-ci, 96.1-ci, 99.3.8-ci, 101.2-ci, 146.1-ci, 164.1.5-ci və 164.1.17-ci maddələri, Mülki Məcəllənin 64-cü və 154-ci maddələri.
 
2. Cavab: Bildiririk ki, bir hüquqi şəxs digər hüquqi şəxsə birləşdirildikdə, onun birləşdiyi hüquqi şəxs birləşdirilmiş hüquqi şəxsin vergilərinin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi sayılır.
 
Bax: Vergi Məcəlləsinin 80.4-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər