Sürücülük vəsiqələrinin dəyişdirilməsi bağlı VACİB 5 MƏSƏLƏ

Sürücülük vəsiqələrinin dəyişdirilməsi bağlı VACİB 5 MƏSƏLƏ

"Asan Xidmət"in təqdimatında cavablar
 
1) HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?
 
Zəruri olan sənədlərin siyahısı aşağıdakı kimidir:
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 
  • Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
  • Qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi halı istisna olmaqla);
  • 60 və daha çox yaşı olan şəxslər üçün, eləcə də siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün tibbi arayış.
2) HANSI HALLARDA DƏYİŞDİRİLƏ BİLƏR? 
 
Sürücülük vəsiqəsi aşağıdakı hallarda dəyişdirilə bilər:
  • Etibarlıq müddətinin qurtarması;
  • Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
  • Yazılarında dəqiqsizlik müəyyən edilməsi;
  • Yararsız hala düşməsi;
  • Yeni nümunəsinin Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
3) DÖVLƏT RÜSUMU NƏ QƏDƏRDİR?
 
Sürücülük vəsiqəsinin dəyişdirilməsi dövlət rüsumunun məbləği - 18 manatdir.
 
4) KATEQORİYALAR ÜZRƏ YAŞ MƏHDUDİYYƏTİ NECƏ TƏNZİMLƏNİR?
 
“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -23 yaşdan-65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə verilir. 
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ isə 26 yaşdan - 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə tətbiq edilir.
 
5) HARDA VƏ NƏ QƏDƏR MÜDDƏTƏ DƏYİŞMƏK OLAR?
 
Sürücülük vəsiqəsinin xidmət bütün “ASAN xidmət” məzkəzləri ilə yanaşı həmçinin 2 saylı Bakı “ASAN Kommunal” mərkəzində göstərilir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız 30 dəqiqə ərzində həyata keçirilir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər