Vergilər Nazirliyi niyə təsisçidən alınan borca görə vergi hesablanmasına aydınlıq gətirdi

Vergilər Nazirliyi niyə təsisçidən alınan borca görə vergi hesablanmasına aydınlıq gətirdi

Təsisçi müəssisə arasında olan maliyyə yardımı nə cür əqd sayılır?
 
Sual: Sizə müəssisənin öz təsisçisindən borc müqaviləsi əsasında aldığı (müqavilədə faizsiz qeyd olunsa belə) maliyyə yardımına alınan dövrdə faiz dərəcələrini əsas götürərək faizlər hesablanmalı olduğunu və vergiyə cəlb olunduğunu qeyd edirsiniz. Əsas olaraq qarşılıqlı surətdə asılı olan şəxslər barədə Vergi Məcəlləsinin 18-ci, belə şəxslər arasında bazar qiymətinin tətbiqi barədə Vergi Məcəlləsinin 14-cü, həmin şəxslər arasında hesablaşmalar zamanı müəyyən ediləcək faizlər barədə isə Vergi Məcəlləsinin 110-cu maddəni göstərirsiniz. İndi isə Maddə 14.3. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; Burada təsərrüfat əqdi qeyd olunub. Təsərrüfat əqd deyəndə tam olaraq hansı əməliyyatlar nəzərdə tutulur? Və təsisçi müəssisə arasında olan maliyyə yardımı nə cür əqd sayılır?
 
Tağı Tağızadə Kamal, [email protected], Bakı
 
Cavab: Bildiririk ki, mülki qanunvericilikdə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadəsi kimi qeyd olunur. Bir şəxsin (təsisçinin) öz iradəsi ilə digər şəxsə (təsis olunan hüquqi şəxsə) borcun verilməsi əqd hesab olunur və bu şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığına görə vergilərin hesablanması zamanı bazar qiymətləri nəzərə alınmalıdır.
 
Əqd məfhumu barədə ətraflı məlumatı Mülki Məcəllənin 12-cü fəslində əldə edə bilərsiniz.
 
Mənbə: taxes.gov.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər