Baş Nazir “Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik etdi

Baş Nazir “Ezamiyyə xərclərinin normaları haqqında” qərara dəyişiklik etdi

Hansı şəxslərə ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödəniləcək?

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 14 sentyabr 2024-cü tarixli, 422 saylı qərarı ilə Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, qərarın  2 nömrəli əlavəsi olan  “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda “Qeydlər”in 2-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir.”

Qərara edilən əlavəyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri üçün ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə müəyyən edilib. 50 faiz məbləğində əlavə o halda ödəniləcək ki, həmin şəxslər COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa  şəhərlərinə ezam olunsun.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər