Beşgünlük və altıgünlük iş rejimlərində Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərin vaxtları açıqlandı

Beşgünlük və altıgünlük iş rejimlərində Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərin vaxtları açıqlandı

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21 və 22-si Ramazan bayramı günləri müəyyən edilib. Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər