Əmək şəraiti Normal
Təhsil İstiqaməti Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi Bakalavr
Tələb olunan əmək fəaliyyəti Sahə üzrə - 3 ildən yuxarı;
Tələb olunan kompüter bilik səviyyəsi Word - yaxşı; Excell - yaxşı; MS Power Point - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi İngilis - yaxşı; Rus dili - yaxşı;
Vakansiya tələbinə uyğun təlimlər
•Sahə üzrə 3 ildən yuxarı və ya bir alt dərəcəli mütəxəssis vəzifəsində 2 il iş stajı tələb olunur.
Vəzifə(peşə) funksiyaları
•Vakansiyanı elana hazırlamaq və elana vermək;
•Namizədlərin təqdim etdikləri məlumatı vakansiyanın tələblərinə uyğunluğunu yoxlamaq;
•Müsahibə/peşə sınaq imtahanları və iş yeri ilə tanışlıq prosesini təşkil etmək və sənədləşdirmək;
•İşə qəbul ilə bağlı müxtəlif yerləşdirmə proseslərini həyata keçirmək;
•İşə qəbul ilə bağlı müxtəlif yazılı və şifahi müraciətləri cavablandırmaq;
•Vakansiyaların idarə edilməsi proqramı və www.socar.az veb səhifəsinin işə qəbul bölməsi üzrə aidiyyəti üzrə dəstək vermək;
•Kadr ehtiyatı bazasını yaratmaq və idarə etmək;
•Əmək yarmarkalarında və karyera sərgilərində iştirak etmək;
•İşə qəbul və yerləşdirmə şöbəsində icra olunan digər işləri yerinə yetirmək.
Bilməlidir
•İnsan resurslarının idarə edilməsinin müasir konsepsiyasını;
•Vakansiyaların təsviri və elan olunması üsullarını və platformaları;
•Namizədlərin vakansiyanın kvalifikasiya tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydalarını;
•İş elanlarının hazırlanması qaydalarını, effektiv təbliğat üsullarını və namizədlərin cəlb edilməsi metodlarını;
•Namizədlərin qiymətləndirilməsi üsullarını, onların vakansiyaya uyğun seçilməsini;
•Müsahibələrin və peşə sınaq imtahanlarının təşkili və aparılmasını;
•Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını;
•“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı;
•“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu;
Tələb olunan digər bilik və bacarıqlar
•Güclü təşkilatçılıq, yenilikçilik və ünsiyyət bacarığı;
•Komandada işləmək bacarığı;
•İşgüzar ünsiyyət bacarığı;
•Gərgin iş qrafiki ilə işləmə bacarığı;
•Peşəkarlıq.
Son müraciət tarixi 10.03.2018