VAKANSİYA! Azərbaycan Sənaye Korporasiyası ASC-dən BAŞ MÜHASİB elanı

VAKANSİYA! Azərbaycan Sənaye Korporasiyası ASC-dən BAŞ MÜHASİB elanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılan qurumda işləmək imkanı
 
Vakansiya: Baş mühasib
 
İşəgötürən: Azərbaycan Sənaye Korporasiyası ASC
 
Baş mühasib
 
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə Səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 14 dekabr 2017-ci il ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrinin yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.
 
“ASK” ASC Baş mühasib vakansiyası elan edir.
Tələb olunan keyfiyyətlər:
 
• Yaş:30-55
• Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus (əla), və ingilis (yaxşı) 
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.
 
Əsas vəzifə öhdəlikləri:
 
• Gündəlik uçotun təşkili və aparılmasını təmin etmək;
• Maliyyə və vergi uçotu üzrə hesabatları hazırlamaq;
• Büdcə proqnozlarının hazırlanması və maliyyə təhlili etmək;
• Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq;
• Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
• Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək;
• Satınalmalar üzrə müqavilələrin uçotunu aparmaq;
• Əsas vəsaitlərin inventar uçotunu aparmaq;
• Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və təqdim etmək;
 
Üstünlük verildiyi kompyuter proqramları
 
• 1C
• MS Office proqramları (Word, Excel, PowerPoint)
 
İş şəraiti:
 
İş qrafiki: l-V İstirahət günləri: şənbə və bazar 
İş yeri: Bakı və Azərbaycanın digər rayon və şəhərləri
 
Müraciət üçün:
 
Telefon:  (+994012) 5059512
CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qiymətləndiriləcək və baxılmayacaq.
Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
 
Sənədlərin son qəbul tarixi: 30.03.2018.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər