Vakansiya! Baş mühasib işləmək istəyənlər üçün ELAN

Vakansiya! Baş mühasib işləmək istəyənlər üçün ELAN

Vəzifə öhdəlikləri:

- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək, rüblük və illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədə tələblər:

- Təhsil: ali təhsil (maliyyə sahəsində arzuolunandır)
- İş təcrübəsi: Baş mühasib olaraq ən azı 3 il (fasiləsiz)
- Kompüter bilikləri: MS Office, Word, Excel, 1C
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (Rus və İngilis dilləri arzu olunandır).

Digər tələblər:

- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər.

Əmək haqqı: iş təcrübəsi və təhsil nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

E - mail : [email protected]

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər