
Vakansiya! MÜHASİB işləmək istəyənlər üçün ŞANS
AAC MMC-də iş imkanları
AAC MMC Qafqazda Məsaməli Beton Blokları istehsal edən ilk və yeganə müəssisədir.
Bundan əlavə müəssisə yüksək keyfiyyətli əhəng istehsalı ilə də məşğuldur.
Vəzifənin təfərrüatı
Vəzifə: Mühasib
Şöbə: Maliyyə departamentinin mühasibatlıq şöbəsi
İş vaxtı: Tam iş vaxtı
Əsas öhdəlik və vəzifələr
• Bank köçürmələrinin və digər bank əməliyyatlarının qoyulmuş vaxt çərçivəsində düzgün hazırlanmasını yoxlamaq;
• ƏDV hesabatının hazırlanmasına köməklik etmək;
• Təchizatçı hesabatlarının üzləşdirilməsini aparmaq;
• Artım və ödənişlərin hesabatlarını hazırlamaq; Normativ və Beynəlxalq standartlara uyğun şəkildə tanınmasını təmin etmək;
• Ödəmə Mənbəyindən Vergi hesabatının hazırlanması;
• Mühasibat işçilərinə gündəlik işlərində kömək etmək
• Özünü və ətrafdakı insanları təhlükəsiz bir iş mühiti ilə təmin etmək üçün şirkətin təhlükəsizlik qaydaları və nizamnamələri ilə tam xəbərdar olmaq və onlara ciddi əməl etmək.
• Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək
Tələblər olunan keyfiyyətlər
• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
• Mühasibatlıq üzrə 2 il iş təcrübəsi;
• Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
• Yaxşı Azərbaycan, İngilis və Rus dilləri bacarığı;
• Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
• Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
• Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
• Bank qanunu və satınalma prosesi üzrə qabaqcıl biliklər;
• Vergi qanunu ilə tanışlıq; vergi prosedurları; illik audit və hesabat prosedurları bilikləri.
• İstehsalat sahəsi üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
• Şirkət hesabına nahar.
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır
CV-lərin son qəbul tarixi 15 İyun 2018-ci il
E-mail: [email protected]
0 Komment
Şərh yazın