Vakansiya! net 1500 AZN əmək haqqıya baş mühasib işləmək istəyənlər üçün ELAN

Vakansiya! net 1500 AZN əmək haqqıya baş mühasib işləmək istəyənlər üçün ELAN

Baş Mühasib

Tələblər:

- Yaş həddi: 25-45
∙ Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Azərbaycan, Rus və İngilis dillərini bilməsi mütləqdir
∙ 1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

∙ Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

İş şəraiti:

İş günləri: I-V, istirahət Şənbə və bazar.
İş saatı: 09:00 - 18.00

Əmək haqqı: 1200-1500 AZN

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

0 Komment

    Şərh yazın

    Xəbərlər