VAKANSIYA! Mühasib işləmək istəyənlər üçün ELAN

VAKANSIYA! Mühasib işləmək istəyənlər üçün ELAN

VƏZİFƏ: MÜHASİB

Şirkət haqqında qısa məlumat

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və tikinti materiallarının istehsalı isthsalı ilə məşquldur.

ƏSAS ÖHDƏLİKLƏRİ:

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması
- Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
- Mühasibatlıqda ilkin sənədlərin hesabatını aparmaq.
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədləri hazırlamaq.
- Vergi hesabatlarının (ƏDV, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Gömrük bəyannamələrinin hesabatını aparmaq

NAMİZƏDƏ TƏLƏBLƏR:

- Ali təhsilli;
- Mühasibatlıq sahəsində ən az 3 il iş təcrübəsi
- Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
- Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
- Analitik düşüncəyə malik olmalı;

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Mühasib” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.
Mövzu yerinə “Mühasib” yazılmayan CV-lərə baxılmayacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər