AGA Group

Baş mühasib 
 
Tələblər:
Yaş həddi: 25-45
Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
Azərbaycan, Rus və İngilis dillərini bilməsi mütləqdir
1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Vergi və mühasibat uçotunun aparılması;
Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Debitor və kreditor hesablaşmaların aparılması;
Əmək haqqı, məzuniyyətlərin hesablanması;
Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Mal-materialların uçotunun aparılması;
İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.


Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən  CV- lərini   [email protected]  elektron ünvanına mövzu yerində "Baş mühasib " qeyd etməklə göndərməkləri xahiş olunur.