VAKANSİYA! BAŞ MÜHASİB işləmək üçün imkan

VAKANSİYA! BAŞ MÜHASİB işləmək üçün imkan

Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və inteqratordur.

Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik.

Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.

Ətraflı məlumat üçün: Web: http://aasecurity.az , http://telemetric.az , http://www.aagroup.az

Vəzifə: Baş Mühasib

Departament: Mühasibatlıq

Tabeçilik: Direktor

Vəzifə öhdəlikləri:

• Vergi: Aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi, VHF-ların göndərilməsi və qəbulu, ƏDV depozit hesabı ilə ödəmələr və s.
• DSMF: Rüblük və illik (B3) hesabatların təqdim edilməsi və sosial sığorta kartlarının alınması və s.
• Statistika: Müəssisəyə uyğun hesabatların hazırlanması və təqdim edilməsi.
• Şirkətin maliyyə dövriyyəsinə nəzarət
• Əmək haqqı, məzuniyyət,ezamiyyət, xəstəlik vərəqəsi üzrə hesabatların hazırlanması.
• Bank: Sənədlərin açılması, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi, əmək haqqı kartlarının açılması və s.
• Mühasiblərin işinə nəzarət
• Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər

Məşğulluq: Tam

Faydalar:

• 5 günlük iş rejimi (həftəlik 40 saatdan çox olmayan iş normasına əsasən)
• İldə 30 təqvim günündən az olmayaraq məzuniyyət günləri
• İcbari sığorta

Tələb olunan:

• Müsbət yönümlü zəmanət
• Ən azı 3 il iş təcrübəsi
• Mühasibat programları və kompyuterdə işləmək bacarığı
• Milli mühasibat uçotu Standartları
• Vəzifə öhdəliklərinə uyğunluqla bağlı diplom və sertifikatlar

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Baş mühasib göstərməyiniz xahiş olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər