Vakansiya! Mühasib kimi çalışmaq istəyənlər üçün ŞANS

Vakansiya! Mühasib kimi çalışmaq istəyənlər üçün ŞANS

Vəzifə: Mühasib Analitik
Şöbə: Maliyyə
Tabəçilik: Şöbə rəhbəri

Şirkət haqqında məlumat:

Baku Retail Partners şirkəti 2012-ci ildə yaradılıb. Əsas istiqamətlərin biri onlayn-mağaza satışların keçirilməsidir. Şirkət, öz biznesinin fəaliyyətinə uyğun informasiya texnologiyaları ilə təcrübə əsasında qida, qeyri-qida və ofis məhsullarının onlayn-pərakəndə satışı üçün unikal inteqrasiya edilmiş əməliyyat həlli işləyib hazırlamışdır.

Vəzifə öhdəlikləri:

Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, qayimələri, aktları tərtib etmək;
İşçilərin əmək haqqlarını və digər ödənişlərini hesablamaq;
Təşkilatlara hərəkətin üzləşməsini aparmaq;
Təşkilatlara electron qaimə və vergi hesab-fakturalarını yazmaq və təqdim etmək;
Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlamaq, müvafiq hesablar planına işləmək;
İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
Müqavilələrin hazırlanması
Əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
Mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivləşdirmək;
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

Namizədə tələblər:

Ali təhsil (Maliyyə-iqtisad təhsili arzuolunandır);
Maliyyə sahədə 3 il iş təcrübəsi olan;
Maliyyə prosedurları bilən;
Azərbaycan, rus dilində fikirlərini düzgün ifadə etmək bacarığı;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
İşə proseslə yanaşma bacarığı;
Logo, 1C proqramlarını istifadəçi səviyyəsində bilmək;.
Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
Beynəlxalq sertifikasiya arzuolunandır;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

İş şəraiti:

Karyera artımı;
İş qrafiki: Bazar ertəsi – Cümə gününə, saat 09:00-dan 18:00-dək,
Şənbə günləri 09.00-dan 14.00-dək ;
Nahar şirkət tərəfindən təmin olunur;
Rəsmiləşdirmə: AR ƏM əsasən aparılacaqdır;
Korporativ nömrə və danışıq limiti;
Mehriban və dinamik kollektiv.

Biz maliyyə sahəsində təcrübəsi olan, analitik bacariğı olan işçi axtarırıq.

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib analitik” qeyd edərək öz CV lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

0 Komment

    Şərh yazın

    Xəbərlər