İşəgötürən əmək müqavilələri və əmrləri neçə il saxlamalıdır?

İşəgötürən əmək müqavilələri və əmrləri neçə il saxlamalıdır?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 86-cı, “Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi” maddəsinin birinci hissəsinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.
Maddədən göründüyü kimi, əmək qanunvericiliyində işçi ilə bağlı sənədlərin 5 il müddətində saxlanması tələbi müəyyənləşdirilib. Amma nəzərə alın ki, həmin müddət bitdikdən sonra işəgötürən həmin sənədləri məhv edə bilməz. Doğrudur, əmək müqaviləsi ilə bağlı məlumatların  elektron təqdim olunması nəticəsində müvafiq qurumların işçinin gələcək pensiya təminatı ilə bağlı həmin göstəricilərdən istifadə etmək imkanı var. Amma “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”ə uyğun olaraq işçilərin şəxsi işlərinin, o cümlədən əmək müqavilələrinin saxlanma müddəti 75 ildir. Sənədlərin komplektləşdirilərək dövlət arxiv idarələrinə təhvil verilməsi və bu prosesin nümunəvi sənəd formalarının köməyi ilə rəsmiləşdirilməsi qaydası barədə digər nəşrimiz - “A-dan Z-yə Kargüzarlıq” kitabında ətraflı izahat verilib.
Təcrübədə rast gəldiyimiz hallardan biri də, işəgötürənin işçi ilə bağlı məlumatları səhv təqdim etməsidir.
Mİsal. İşəgötürənin 3 işçi üzrə əmək haqqı fondu 4 000 manat təşkil edir. Direktor, mühasib və satış işçisinin əmək haqlarının müvafiq olaraq 2000 manat, 1200 manat və 800 manat təşkil etməsinə baxmayaraq, işəgötürən sosial ayırma ilə bağlı dövlət qurumlarına təqdim etdiyi məlumatlarda səhvə yol verib. Belə ki, yekun əmək haqqı fondu 4 000 manat olmasına baxmayaraq, işçilərin əmək haqları 3000 manat, 600 manat və 400 manat göstərilib. Müəyyən müddətdən sonra bundan xəbər tutan işçi şikayət edir ki, onunla bağlı məlumatlar səhv təqdim edilib. Bu halda müvafiq dövlət qurumu elektron informasiya sisteminin məlumatları ilə yanaşı, işçinin və işəgötürənin imzaladığı əmək müqaviləsi və ona dəyişikliklər edilməsi haqqında sənədləri də işəgötürəndən tələb etmək hüququna malikdir. İşəgötürən hətta 5 il öncəki sənədləri belə müvafiq dövlət qurumuna təqdim etməlidir.
Əmək müqavilələrinin hansı halda arxivə verilməsinə gəlincə isə, Əmək Məcəlləsini 87-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.
Maddədən göründüyü kimi, müəssisə ləğv edildikdə, işəgötürən arxiv qanunvericiliyinin tələblərini gözləməklə sənədləri dövlət arxiv idarəsinə verməlidir. 
Təcrübədə mümkündür ki, ləğv olunmuş müəssisə yenidən təşkil edilsin.
Mİsal. Satış sektorunda fəaliyyət göstərən müəssisə başqa bir müəssisəyə qoşulmaq haqqında qərar verir. Bu zaman qoşulan müəssisədə çalışan işçilər üzrə sənədlər yenidən təşkil edilən müəssisəyə  verilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər