Əmək haqqı, ezamiyyə və s. xərclərin hesablanmasında hansı səhvlər inzibati xəta hesab edilir?

Əmək haqqı, ezamiyyə və s. xərclərin hesablanmasında hansı səhvlər inzibati xəta hesab edilir?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddənin tələblərini misallarla izah etmədən öncə bildirək ki, 20 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, 192.4-cü maddəyə “məzuniyyət haqlarının” sözlərindən sonra “ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin” sözləri əlavə edilib. Ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin düzgün hesablanmamasına görə inzibati cərimələrin tətbiqi qeyd olunan Qanunun qəbulundan sonra qüvvədədir.
Misalları nəzərdən keçirək.
Mİsal 1. İşəgötürən 500 manat son haqq-hesab hesablayıb, işçi ay ərzində 2 iş günü ödənişsiz məzuniyyətdə olsa da, mühasibatlıq bölməsi kadrlar şöbəsinin təqdim etdiyi səhv məlumat əsasında 3 iş gününü ödənişsiz məzuniyyət kimi nəzərə alıb.
Fikrimizcə, bu halda dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq ediləcək. Çünki son haqq-hesabın hesablanmasında səhv riyazi deyil, hər hansı işçinin düzgün məlumat verməməsi səbəbindən baş verib.
Mİsal 2. İşəgötürən işçiyə təhsil məzuniyyəti hesablayarkən iş günlərini yox, təqvim günlərini əsas götürdüyündən artıq məzuniyyət haqqı hesablayıb. Bu halda işəgötürən tərəfindən işçiyə artıq məbləğ ödənilsə də, onun hüquqi əsası, əmək normasının yaxşılaşdırılması ilə bağlı hər hansı daxili sənəd yoxdur. İşçiyə artıq ödənilmə işəgötürənin səhvi ucbatından baş verib. Bu səbəbdən də dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.
Mİsal 3. İşəgötürən iki işçinin məlumatlarını qarışdırdığından hər iki işçiyə səhv əmək haqqı hesablayıb. İşəgötürənin bu cür səhvinə görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.
Mİsal 4. İşəgötürən Gəncə şəhərinə ezam olunan işçiyə ezamiyyə normasını 65 manatdan hesablayıb. Amma “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara əsasən, Gəncə şəhərinə ezamiyyə xərclərinin 1 günlük norması 70 manat müəyyən edilib.
Vəzifəli şəxsin normativ-hüququ aktları bilməməsi səbəbindən səhv hesablama aparması onu məsuliyyətdən azad etmir. Bu halda da dövlət qurumu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun inzibati cərimə tətbiq edilə bilər.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər