Əmək müqaviləsində işçi ilə saatlıq əmək haqqı müəyyən edilməsi qanunvericiliyə ziddir?

Əmək müqaviləsində işçi ilə saatlıq əmək haqqı müəyyən edilməsi qanunvericiliyə ziddir?

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

Son vaxtlar təcrübədə rast gəlinən hallardan biri də işəgötürənlə işçi arasında saatlıq əmək müqaviləsinin imzalanmasıdır. İşəgötürən elektron informasiya sistemində mütləq real aylıq tarif (vəzifə) maaşını müəyyən etməlidir. Saatlıq iş rejiminin üstünlüyü odur ki, işəgötürən əmək müqaviləsində işin başlanma və bitmə tarixini müəyyən etmir.

Mİsal.  İşəgötürən işçi ilə hər saatına 10 manat olmaqla əmək müqaviləsi imzalayır. Razılaşmaya əsasən, işəgötürən əmək müqaviləsində qeyd edir ki, işçi işəgötürənə lazım olan vaxtlarda əmək funksiyasını yerinə yetirəcək. Kuryer vəzifəsində çalışan işçi yalnız bağlama olduğu halda işə gəlib, həmin bağlamanın çatdırılmasını həyata keçirəcək. İşçinin hər gün saat 09:00-dan işə gəlməsinə ehtiyac olmayacaq. Bu iş rejimində işçinin işə dəvət olunduğu və bağlamanın çatdırıldığı müddət iş saatı hesab olunacaq. Təbii ki, iş rejiminin bu cür olması əmək müqaviləsində qeyd olunmalıdır ki, işçi dəvət olunduğu anda işə gəlməkdən imtina etməsin. İşçi imtina etsə ki, əmək müqaviləsinin şərtlərini pozmuş hesab olunacaq və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər