Qadın və kişilərə eyni əməkhaqqı verilməlidir? (YENİ)

Qadın və kişilərə eyni əməkhaqqı verilməlidir? (YENİ)

Satışı davam edən "Əmək Məcəlləsi 2026" (1 may tarixinə olan son dəyişikliklərin izahı) kitabından seçmə

Əmək Məcəlləsinin 154-cü maddəsinə — "Əmək haqqı" — üçüncü hissə əlavə edilib. Həmin hissəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olub-olmadığı isə əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.
Əmək Məcəlləsində dəyişiklik Beynəlxalq Əmək Təşkilatının  100 saylı Konvensiyasının da tələbidir.  Beynəlxalq Əmək Təşkilatının  100 nömrəli — "Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında" — Konvensiyası 1951-ci ildə qəbul edilmişdir. Azərbaycan Respublikası bu əsas konvensiyanı müstəqilliyin ilk illərində — 1992-ci il iyunun 19-da — ratifikasiya etmişdir.
Qeyd edək ki, bu dəyişikliklə eyni vaxtda "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi də yeni redaksiyada təsdiq edilib. Maddənin əvvəlki redaksiyasında bir iş yerində, eyni ixtisas dərəcəsində, eyni iş şəraitində çalışan və eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, mükafatlar və digər maddi ödənişlərin eyni ödənilməsi nəzərdə tutulurdu.
Yeni redaksiyaya görə isə işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməlidir. İşin bərabər dəyərli sayılması üçün əmək şəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisas xüsusiyyətləri nəzərə alınır.
Əvvəlki və yeni redaksiyanı müqayisə etdikdə aydın olur ki, köhnə norma yalnız eyni iş yeri çərçivəsindəki münasibətlərə şamil edilirdi; yeni redaksiyada isə belə bir məhdudlaşdırma aradan qaldırılıb. Artıq eyni və ya bərabər dəyərli müxtəlif işləri görən işçilər üçün — iş yerindən asılı olmayaraq — bərabər əməkhaqqı ödənilməsi tələb olunur.
Nümunə olaraq psixoloq və İT mütəxəssisini göstərmək olar: fərqli funksiyalar yerinə yetirsələr də, ixtisas tələbi, məsuliyyət və peşə hazırlığı baxımından hər ikisi bərabər qiymətləndirilə bilər.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Qanunun 9.2-ci maddəsinə görə əməkhaqqları arasında fərq yarandıqda işçinin tələbi ilə işəgötürən bu fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır. Yəni, qadın işçi digər işçi ilə bərabər dəyər yaratmasına baxmayaraq əməkhaqqında fərq olduğunu hesab edərsə, sübut yükü işəgötürənin üzərinə düşür.

2026-cı il üzrə yenilənmiş “Əmək Məcəlləsi” kitabının satışı davam edir

Kitablarda 1 may 2026-cı il tarixədək qüvvəyə minmiş son dəyişikliklər, praktiki izahlar və mühüm qeydlər də yer alıb.

Əmək Məcəlləsində son dəyişikliklərin izahı -   150 + səhifə
Konstitutsiya Məhkəməsinin 18 fevral tarixli qərarı üzrə izahlar - 10+ səhifə
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sosial məzuniyyətlə bağlı NK Qərarın izahı  - 50+ səhifə 
Ölkənin istənilən ünvanına çatdırılma ödənişsizdir.

Sifariş və ətraflı məlumat üçün:
050-368-12-72 (WhatsApp aktivdir)

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər