Xəstəlik müavinəti üzrə maksimum məbləğ necə müəyyən olunur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş *“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”*na əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsi üzrə müavinətin hesablanmasında maksimum məbləğlə bağlı aşağıdakı iki halda məhdudiyyət tətbiq edilir:
- Aylıq vəzifə maaşının iki qatı üzrə hədd
sığortaolunanın (əlavə iş yeri olduqda isə əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla) aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) iki qatı (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi istisna olmaqla) (Maddə 2.10.1.);
Misal 1: İşçinin aylıq (tarif) vəzifə maaşı 800 manatdır. Mükafat məbləği 1 200 manat olduğundan, cəmi əmək haqqı 2 000 manat təşkil etmişdir. Bu məbləğ üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 500 manatdır (2 000 × 25%).
Lakin aylıq vəzifə maaşının 2 misli 1 600 manat olduğu üçün müavinətin hesablanması zamanı yalnız 400 manat (1 600 × 25%) nəzərə alınacaqdır.
- Əmək pensiyasının minimum məbləğinin 25 misli üzrə hədd
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 misli ( (Maddə 2.10.2.).
Misal 2: İşçinin aylıq vəzifə maaşı 15 000 manatdır. İşçi 1 aylıq müddətə əmək qabiliyyətini müvəqqəti itirdikdə hesablanacaq müavinətin məbləği 8 000 manatdan (320 manat (əmək pensiyasının minimum məbləği) × 25 misli) az ola bilməz.
İşçi may ayında 20 gün müddətinə xəstələndikdə isə müavinətin maksimal məbləği aşağıdakı qaydada müəyyən edilir: 8 000 manat ÷ 31 gün × 20 gün = 5 161,29 manat. Beləliklə, müavinətin məbləği 5 161,29 manatdan çox ola bilməz.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın