Fuad Heydərov “sonuncu əmək haqqı”nın müəyyən edilməsinə aydınlıq gətirdi (4-cü yazı)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi tərəfindən 21 aprel 2026-cı il tarixində əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə vebinar keçirilmişdir. Tədbir zamanı Əmək Məcəlləsində edilən dəyişikliklər izah olunmuş, həmçinin iştirakçıların sualları cavablandırılmışdır.
MKS Academy olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi tərəfindən təşkil olunan vebinara görə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu kimi məlumatlandırıcı tədbirlər gələcəkdə də davamlı şəkildə həyata keçiriləcəkdir. Vebinarda müzakirə olunan əsas məsələlərlə bağlı məlumatları saytımız vasitəsilə həmkarlarımızla bölüşəcəyik.
Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılır.
Maraqlı məqamlardan biri də maddədə qeyd edilən “sonuncu əmək haqqı” anlayışının məzmunudur.
Vebinar zamanı Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bu məsələyə aydınlıq gətirərək qeyd etmişdir:
“Sonuncu əmək haqqı dedikdə, məzuniyyətdən istifadə zamanı işçinin əmək müqaviləsində müəyyən edilmiş əmək haqqı nəzərdə tutulur. Yəni bu, əvvəlki ay üzrə faktiki ödənilmiş əmək haqqısı kimi başa düşülməməlidir. Sonuncu əmək haqqının müəyyən edilməsi zamanı ilk növbədə Əmək Məcəlləsinin 140-cı və 177-ci maddələrinə əsasən məzuniyyət üçün orta əmək haqqı hesablanır. Daha sonra həmin məbləğ məzuniyyətin təsadüf etdiyi ay (və ya aylar) üzrə iş günlərinə uyğun hesablanan əmək haqqı ilə müqayisə edilir. Əgər məzuniyyət üçün hesablanmış orta əmək haqqı, işçinin həmin dövrdə almalı olduğu əmək haqqından az olarsa, aradakı fərq işçiyə əlavə olaraq ödənilməlidir.”
Xatırladaq ki, 25 aprel 2026-cı il tarixdə saat 10:00-da onlayn formada keçiriləcək “Əmək müqaviləsi: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək qanunvericiliyinə edilən son dəyişikliklərin əmək müqaviləsinə təsiri də ətraflı şəkildə izah olunacaqdır. Təlimdə iştirak üçün qeydiyyat 050 368 12 72 nömrəsi (WhatsApp aktivdir) vasitəsilə aparılır. Təlimin strukturu haqqında məlumatı da paylaşırıq:
.jpg)
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın