RƏSMİ MÖVQE: Fuad Heydərov “atalıq” məzuniyyəti ilə bağlı əsas tələbi açıqladı

RƏSMİ MÖVQE: Fuad Heydərov “atalıq” məzuniyyəti ilə bağlı əsas tələbi açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi 21 aprel 2026-cı il tarixində əmək qanunvericiliyində edilmiş son dəyişikliklər barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə vebinar keçirmişdir. Tədbir zamanı Əmək Məcəlləsi-də edilən dəyişikliklər izah olunmuş, həmçinin iştirakçıların sualları cavablandırılmışdır.

MKS Academy olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi tərəfindən təşkil olunan vebinara görə təşəkkür edirik. Ümid edirik ki, bu kimi məlumatlandırıcı tədbirlər gələcəkdə də davamlı şəkildə həyata keçiriləcək. Saytımızda vebinarda müzakirə olunan əsas məsələlərlə bağlı məlumatları həmkarlarımızla bölüşəciyik.

Əmək Məcəlləsində edilən son dəyişikliyə əsasən, Məcəllənin 125-ci maddəsinin dördüncü hissəsində qeyd edilir ki, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Təcrübədə ən çox rast gəlinən suallardan biri maddədəki “doğuşdan əvvəl və doğuşdan sonra dövr” ifadəsi ilə bağlıdır.

Vebinar zamanı Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov “atalıq” məzuniyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirmişdir: “Maddədəki “doğuşdan əvvəl və doğuşdan sonra dövr” dedikdə vahid bir dövr nəzərdə tutulur. Yəni bu ifadədən belə anlaşılmalıdır ki, uşağın dünyaya gəldiyi tarix məzuniyyət dövrünün tərkibinə daxil edilməlidir. Ən azı həmin gün məzuniyyət müddətinə aid olmalıdır. Tibbi müəssisələrdən arayışların alınması ilə bağlı çətinliklərin olduğunu bilirik. Amma işçi "atalıq" məzuniyyətindən istifadə etmək üçün həmin arayışı əldə edərək işəgötürənə təqdim etməlidir.”

25 aprel 2026-cı il tarixdə saat 10:00-da onlayn formada keçiriləcək “Əmək müqaviləsi: A-dan Z-yə” mövzusunda tematik təlimdə, həmçinin əmək qanunvericiliyinə edilən son dəyişikliklərin əmək müqaviləsinə təsiri haqqında məlumatlar xüsusi olaraq təqdim ediləcək. Təlimdə iştirak üçün qeydiyyat 050 368 12 72 nömrəsi (WhatsApp aktivdir) vasitəsilə aparılır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər