Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (Misal üzərindən izah)

Sonuncu əmək haqqı ilə məzuniyyət haqqının müqayisəsi necə aparılmalıdır? (Misal üzərindən izah)

Satışı davam edən "Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə

Növbəti tematik təlim sabah yəni 14 mart 2026-cı  il tarixdə "Məzuniyyət üçün orta əmək haqqı, ƏMAS altsistemində dəyişikliklər, İş vaxtı və iş rejimi: A-dan Z-yə" mövzusunda onlayn qaydada olacaq. Tematik təlimdə əmək qanunvericiliyində məzuniyyətin hesablanması zamanı sonuncu əmək haqqı ilə yanaşı, ƏMAS altsitemində edilən son dəyişikliklərin izahı, iş vaxtının düzgün tətbiqi və hesablanması ilə bağlı praktiki məsələlər bu təlimdə misallar üzərindən izah ediləcək. Təlimdə iştirak üçün  050-368-12-72 saylı (what's app da aktivdir) telefonla əlaqə saxlamaq lazımdır.

Misallara keçməzdən öncə qeyd edək ki, “sonuncu əmək haqqı”nın hesablanması ilə bağlı müvafiq dövlət qurumunun rəsmi mövqeyi hələlik açıqlanmayıb. Ola bilər ki, kitab dərc olunduqdan sonra dövlət qurumunun verəcəyi rəsmi izahat ilə təqdim etdiyimiz misallar arasında müəyyən fərqlər yaransın.  Mümkündür ki, “sonuncu əmək haqqı” öncəki 12 ay üzrə formalaşmış gəlirlər əsasında müəyyən edilən orta əmək haqqının məzuniyyət dövründəki iş günlərinin sayına (aylıq iş norması nəzərə alınmaqla) vurulması yolu ilə hesablansın.
Lakin dövlət qurumu rəsmilərinin son açıqlamalarına əsasən, “sonuncu əmək haqqı” anlayışı dedikdə işçinin məzuniyyət dövründəki iş günlərinə görə əldə edə biləcəyi və əmək müqaviləsində qeyd edilən əmək haqqı (vəzifə (tarif) maaşı, əlavələr və s.) nəzərdə tutulur.
Bununla belə, MKS Academy-nin həyata keçirdiyi təlimlərdə səsləndirilən yanaşma, eləcə də dövlət qurumlarının məsul şəxslərinin müsahibələrində qeyd olunan mövqelər əsas götürülərək aşağıdakı misal təqdim edilir.
Əmək Məcəlləsinin 111-ci maddəsinə əlavə edilən “sonuncu əmək haqqından az olmamaqla” ifadəsinin mahiyyətini aşağıdakı misallar əsasında izah edək.
İşçinin məzuniyyətdə olduğu dövr üzrə ödəniləcək məbləğ aşağıdakı iki göstərici ilə müqayisə edilir:
- Orta əmək haqqı əsasında hesablanmış məzuniyyət haqqı
- İşçi məzuniyyətə çıxmadığı halda, yəni məzuniyyət dövrünə təsadüf edən tarixlərdə normal qaydada işlədiyi təqdirdə alacağı əmək haqqı
Qayda belədir: əgər birinci göstərici ikinci göstəricidən çox olarsa, məzuniyyət haqqı birinci göstərici üzrə ödənilir. Əks halda isə ikinci göstərici əsas götürülür.
Mİsal 1.   İşçi 6–13 fevral 2026-cı il tarixlərində (8 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək. Fərz edək ki, işçinin son 12 ay ərzində əmək haqqı sabit olub və aylıq 1 000 manat təşkil etmişdir. Əmək məzuniyyəti üçün orta əmək haqqı 12 000 manat təşkil edib.
Əmək Məcəlləsinin 140-ci maddəsinin tələblərinə əsasən,
son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqı:
12 000 manat ÷ 12 ay ÷ 30,4 gün = 32,89 manat
8 gün təqvim gündən istifadə edən işçinin məzuniyyət haqqı:
6–13 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı:
32,89 × 8 təqvim günü = 263,16 manat
6-13 fevral 2026-cı il əhatə edən məzuniyyət dövrünə 6 iş günü düşür (beşgünlük iş rejimi, fevral ayında ümumilikdə 20 iş günü). Bu halda, işçi məzuniyyətə çıxmadığı halda alacağı əmək haqqı: (1 000 manat ×÷ 20 iş günü (fevral ayında iş günlərin sayı) x 6 iş günü (məzuniyyət dövrünə təsadüf edən iş günlərin sayı) = 300 manat
263, 15 manat (məzunuyyət üçün orta əmək haqqı) < 300 manat (məzuniyyət dövründəki iş günlərə görə sonuncu əmək haqqı)
Nəticə: 6–13 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı 263,16 manat deyil, sonuncu əmək haqqı olan - 300 manat məbləğində ödənilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər