Təcrübə keçən təhsilalanlarla mütləq əmək müqaviləsi bağlanmalıdır? (4 VACİB MƏQAM)

Təcrübə keçən təhsilalanlarla mütləq əmək müqaviləsi bağlanmalıdır? (4 VACİB MƏQAM)

Satışı davam edən "Əmək Məcəllləsi 2026 (son dəyişikliklərin izahı)" kitabından seçmə

Əmək Məcəlləsinin 47-ci maddəsinə müddətli əmək müqaviləsi ilə bağlı iki yeni hal əlavə edilmişdir. Belə ki, maddəyə əlavə edilən “ğ” bəndinə əsasən, təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilir.
Maddənin geniş izahına keçmədən öncə qeyd edək ki, “ğ” bəndi mediada və bəzi həmkarlar tərəfindən yanlış başa düşülmüşdür. Belə ki, mediada işəgötürənlərin istənilən şəxslərlə təcrübəçi müqaviləsi bağlaya bilmədiyi qeyd olunurdu. Əslində isə maddə yalnız təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanmasını tənzimləyir. Yəni işəgötürənlərə həmin şəxslərlə müddətli əmək müqaviləsi bağlanması üçün şərait yaradır.
İndi Əmək Məcəlləsinin 47-ci maddəsinə əlavə edilən “ğ” bəndi ilə bağlı əsas məqamları qeyd edək:
Birinci məqam: Maddədə “təhsilalan” ifadəsi işlədilmişdir. “Təhsil haqqında” AR Qanunun 31-ci maddəsinə əsasən, təhsilalanlar dedikdə, tədris prosesində iştirak edən uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və digər şəxslər nəzərdə tutulur.
İkinci məqam: İstehsalat təlimi və təcrübəsinin keçirilməsi halıdır. “Peşə təhsili haqqında” AR Qanuna görə, istehsalat təcrübəsi – ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən və təkmilləşdirən praktiki fəaliyyət prosesidir. İstehsalat təlimi isə peşə təhsilinin mütləq tərkib hissəsi olub, təhsilalanların ixtisas hazırlığı üçün dövlət standartlarına uyğun praktiki fəaliyyətini nəzərdə tutur.
Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı ilə “İş yerində təcrübə müqaviləsinin nümunəvi forması” təsdiq edilmişdir. Həmin qərara əsasən, işəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında təhsilalanları ixtisaslarına uyğun iş və xidmətlərdə iştirak etdiklərinə görə minimum aylıq əməkhaqqından az olmayan əməkhaqqı ilə təmin etməlidir. Buna görə də, Əmək Məcəlləsinə əlavə olunur ki, belə şəxslərlə müddətli əmək müqaviləsi bağlanılmasına icazə verilir.
Üçüncü məqam: İstehsalat təlimi və təcrübəsi keçən təhsilalanlarla əmək müqaviləsi bağlanarkən ƏMAS altsistemində ştat vahidinin yaradılması məsələsinə aydınlıq gətirilməlidir. “Peşə təhsili haqqında” AR Qanunun 11.7-ci maddəsinə əsasən, təhsilalanlar iş yerində təcrübə müqaviləsi əsasında müəssisənin işçi heyətinin siyahısına daxil edilmir. Böyük ehtimalla ƏMAS altsistemində yeni funksionallıq yaradılacaq ki, bu şəxslər üçün əlavə ştat vahidi açmağa ehtiyac qalmasın.
Dördüncü məqam: Ali təhsil müəssisələrində təhsilalanlarla müddətli əmək müqaviləsinin bağlanması məsələsidir. “Peşə təhsili haqqında” AR Qanunda bu, məcburi olsa da, ali təhsil müəssisələrində oxşar imperativ norma müəyyən edilməyib. Buna baxmayaraq, işəgötürənin istəyi əsasında ali təhsil müəssisələrindəki təhsilalanlarla da əmək müqaviləsi bağlana bilər.

Növbəti tematik təlim 14 mart 2026-cı  il tarixdə " İş vaxtı və iş rejimi: A-dan Z-yə" mövzusunda onlayn qaydada olacaq. Tematik təlimdə əmək qanunvericiliyində iş vaxtının düzgün tətbiqi və hesablanması ilə bağlı praktiki məsələlər bu təlimdə misallar üzərindən izah ediləcək.
Təlimdə müzakirə olunacaq əsas mövzular:
▪️ Növbəli iş rejiminin tətbiqi qaydası
▪️ İş vaxtının cəmlənmiş uçotu
▪️ Gecə vaxtı, gecə və axşam növbəsi üzrə əmək haqqının hesablanması

Təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız xahiş olunur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər