Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanmır? (YENİ QAYDA)

Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hesablanmır? (YENİ QAYDA)

12 fevral 2026-cı il tarixdə iki mövzu üzrə onlayn tematik keçirilək. Mövzu 1: Əmək Məcəlləsində təsdiq edilmiş dəyişikliklər üzrə VACİB MƏQAMLAR (Saat: 11:00 – 13:00) və  Mövzu 2: Xəstəliyə görə müavinətlə bağlı Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi qayda üzrə dəyişikliklərin izahı (Saat: 14:00 – 16:00).  Tematik təlimlərdə iştirak üçün  050-368-12-72 saylı ( what's app da aktivdir) telefonla və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun 30 yanvar 2026-cı il tarixli, 31 nömrəli Qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilmişdir.

Yeni redaksiyada təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

- Müəyyən məzuniyyət dövründə xəstəlik baş verdikdə (Maddə 2.2.1)

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi aşağıdakı məzuniyyət dövründə baş verərsə, müavinət hesablanmır:

  • Ödənişsiz məzuniyyət
  • Qismən ödənişli sosial məzuniyyət
  • Təhsil məzuniyyəti
  • Yaradıcılıq məzuniyyəti

Misal.  İşçi 30 gün müddətinə təhsil məzuniyyətindən istifadə edir. Məzuniyyətin 7-ci günündə xəstələnir və 3 günlük xəstəlik vərəqəsi təqdim olunur. Bu halda həmin 3 gün üçün müavinət təyin edilmir.

Qeyd: Dəyişikliyə qədər yalnız əmək haqqı saxlanılmadan məzuniyyət və uşağa qulluq məzuniyyəti zamanı baş verən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmirdi. Yeni dəyişikliklə təhsil və yaradıcılıq məzuniyyəti də bu siyahıya əlavə edilmişdir.

- Sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda (Maddə 2.2.2)

Əgər şəxs qəsdən özünə xəsarət yetirərsə, müavinət hüququ yaranmır.

Misal. İşçi işdən yayınmaq məqsədilə bilərəkdən özünə xəsarət yetirir və xəstəlik vərəqəsi alır. Bu halda müavinət ödənilmir.

- Cinayət nəticəsində xəsarət alındıqda (Maddə 2.2.3)

Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi şəxsin törətdiyi cinayət nəticəsində baş veribsə, müavinət verilmir.

Misal.  Şəxs dava zamanı cinayət məsuliyyəti yaradan hərəkət törədir və xəsarət alır. Bu halda müavinət ödənilmir.

Qeyd: Əvvəlki redaksiyada işdən və ya vəzifədən boyun qaçırmaq məqsədilə özünü yalandan xəstə kimi qələmə verən şəxslərə də müavinət verilməməsi ayrıca göstərilirdi.

- Muzdlu işə aid olmayan fəaliyyətlə məşğul olan şəxslər üzrə xüsusi hallar (Maddə 2.2.4)

“Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində göstərilən, yəni muzdlu işə aid olmayan fəaliyyətlə gəlir əldə edən sığortaolunanlara münasibətdə müavinət aşağıdakı hallarda hesablanmır:

a) Son 4 rübün ən azı 6 ayı üzrə sosial sığorta haqqı ödənilmədikdə

Misal.  Fərdi sahibkar son 4 rübdə yalnız 4 ay sosial sığorta haqqı ödəyib. Bu halda müavinət hüququ yaranmır.

b) Xəstəlik tarixində sosial sığorta üzrə borc olduqda

Misal. Fərdi sahibkarın əmək qabiliyyətinin müvəqqəti itirildiyi tarixə sosial sığorta üzrə borcu mövcuddur. Bu halda müavinət təyin edilmir.

c) Fəaliyyət müvəqqəti dayandırıldıqda

Misal. Fərdi sahibkar xəstəlik tarixindən əvvəl vergi orqanına müraciət edərək fəaliyyətini rəsmi qaydada müvəqqəti dayandırıb. Bu halda ona müavinət hesablanmır.

Məlumat üçün bildirək sabah yəni 12 fevral 2026-ci il saat 14:00-da Xəstəliyə görə müavinətlə bağlı Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi qayda üzrə dəyişikliklərin izahı haqqında tematik təlim keçiriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı ( what's app da aktivdir) telefonla və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər