Müavinətin hesablanması qaydası: əvvəlki və cari qaydaların müqayisəsi (MİSALLA İZAH)
12 fevral 2026-cı il tarixdə iki mövzu üzrə onlayn tematik keçirilək. Mövzu 1: Əmək Məcəlləsində təsdiq edilmiş dəyişikliklər üzrə VACİB MƏQAMLAR (Saat: 11:00 – 13:00) və Mövzu 2: Xəstəliyə görə müavinətlə bağlı Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi qayda üzrə dəyişikliklərin izahı (Saat: 14:00 – 16:00). Tematik təlimlərdə iştirak üçün 050-368-12-72 saylı ( what's app da aktivdir) telefonla və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 30 yanvar 2026-cı il tarixli, 31 nömrəli Qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib. Qaydanın tələblərini nəzərə alaraq, əvvəlki və cari redaksiyalar arasında fərqləri konkret misal üzərindən izah edək.
Misal. Aylıq 1000 manat əmək haqqı alan bir işçi üzrə sosial məzuniyyətin (hamiləliyə və doğuma görə məzuniyyət) hesablanmasını nəzərdən keçirək.
Əvvəlki qaydaya əsasən
Əvvəlki redaksiyaya görə, hesablamada işçinin son 12 ay üzrə qazancı əsas götürülürdü. Bu halda illik qazanc 12 000 manat (1000 manat × 12 ay) təşkil edirdi. Hesablama zamanı orta hesabla 260 iş günü əsas götürülür, 1 iş gününə düşən qazanc 46,15 manat (12 000 manat / 260 iş günü) kimi müəyyən edilirdi. Sosial məzuniyyət dövrünə orta hesabla 90 iş günü təsadüf etdikdə, işçiyə ödənilən sosial məzuniyyət haqqı 4 153,84 manat (46,15 manat × 90 iş günü) olurdu.
Cari qaydaya əsasən
Cari qaydaya görə isə hesablamada artıq son 12 ay deyil, öncəki dörd ardıcıl rüb üzrə hesablanan gəlirin 25 faizi əsas götürülür. Fərz edək ki, işəgötürən 25 faiz məcburi dövlət sosial sığorta ayırmasını tam həcmdə ödəyib. Bu halda hesablamanın bazası 12 000 manat
(12 000 manat əmək haqqı × 25 faiz × 4 misli) kimi formalaşır. Hesablama zamanı artıq 365 təqvim günü əsas götürülür və 1 təqvim gününə düşən qazanc 32,87 manat təşkil edir. Sosial məzuniyyət dövrünə 126 təqvim günü düşdükdə, ödəniləcək sosial məzuniyyət haqqı 4 142,47 manat (32,87 manat × 126 təqvim günü) olaraq hesablanır.
Göründüyü kimi, əvvəlki və cari qaydalar arasında hesablama mexanizmi əhəmiyyətli dərəcədə dəyişsə də, yekun ödəniş məbləğləri arasında kəskin fərq yaranmır. Əsas dəyişikliklər aşağıdakılarla bağlıdır:
-
iş günü anlayışından təqvim günü anlayışına keçid,
-
hesablamada faktiki əmək haqqı deyil, sosial sığorta ayırmaları üzrə formalaşan bazanın əsas götürülməsi,
-
dövr olaraq 12 ay əvəzinə 4 rüb mexanizminin tətbiqi.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın