RƏSMİ: Xəstəlik vərəqəsi üzrə müavinət iş günləri üzrə deyil, təqvim günləri üzrə hesablanacaq!
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin yeni hesablama düsturu – MİSALLA İZAH
Növbəti onlayn tematik təlim 7 fevral 2026-cı il (şənbə) tarixində, saat 10:00-da “Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda keçiriləcək. Təlimdə Əmək Məcəlləsində edilmiş dəyişikliklər, ƏMAS altsistemində yeniliklər, eləcə də xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasının yeni qaydası ətraflı izah ediləcək.
Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi və ya mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 30 yanvar 2026-cı il tarixli, 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib.
Qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dörd misli əsasında müəyyən edilir (bundan sonra – qazanc).
Hesablama düsturları
MM = TGS × OQM
burada:
-
MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği;
-
TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı;
-
OQM – bir təqvim gününə düşən orta qazancın məbləği.
OQM = ÜQM / BTG
burada:
-
ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancı;
-
BTG – bölünən təqvim günlərinin sayı.
BTG = ÜTG – ÇTG
burada:
-
ÜTG – ardıcıl 4 rüb üzrə cəmi təqvim günlərinin sayı;
-
ÇTG – Qaydanın 2.13-cü bəndinə uyğun olaraq hesablama zamanı çıxılan günlər.
Misal. İşçi 2026-cı ilin may ayında 20 təqvim günü müddətinə əmək qabiliyyətini müvəqqəti itirmişdir. Bu zaman hesablama üçün 2025-ci ilin II, III və IV rübləri, eləcə də 2026-cı ilin I rübü nəzərə alınır.
Həmin dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dörd misli ümumi qazanc kimi qəbul edilir. Bu qazanc ardıcıl 4 rüb üzrə bölünən təqvim günlərinə bölünərək bir günə düşən orta qazanc müəyyən edilir. Daha sonra bu məbləğ 20 təqvim gününə vurularaq müavinətin ümumi məbləği hesablanır.
Qeyd edək ki, dəyişikliyə qədər həm baza dövrü üzrə müavinətin hesablanmasında, həm də müavinətin ödənilməsi zamanı iş günləri əsas götürülürdü. Qaydanın yeni redaksiyada təsdiqindən sonra isə hesablamalarda iş günləri deyil, təqvim günləri nəzərə alınır.
Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələbinə əsasən:
-
müavinətin ilk 14 təqvim gününə düşən hissəsi işəgötürən tərəfindən,
-
14 gündən artıq olan hissəsi isə DSMF tərəfindən ödənilir.
Qeyd edək ki, 7 fevral 2026-cı il tarixində keçiriləcək tematik təlimdə bu Qaydanın ən vacib və praktik məqamları ayrıca bölmədə geniş izah olunacaq. Eyni zamanda, xəstəlik vərəqəsinin hesablanmasında iş günlərinin təqvim günləri ilə əvəz edilməsinin səbəbləri də təlim iştirakçılarının diqqətinə çatdırılacaq.
Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) nömrəsi və ya mksacademy2022@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın