FƏRQLİ YANAŞMA! Xəstəlik vərəqəsində dövlət qurumuna məlumat olduğu halda müavinətin ödənilməsi niyə dayandırılır?

FƏRQLİ YANAŞMA! Xəstəlik vərəqəsində dövlət qurumuna məlumat olduğu halda müavinətin ödənilməsi niyə dayandırılır?

İşçinin xəsarət alması ilə bağlı əlavə izahatların təqdim edilməsinə ehtiyac olmayacaq

Növbəti onlayn tematik təlim 7 fevral 2026-cı il (şənbə), saat 10:00-da “Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda keçiriləcək. Təlimdə Əmək Məcəlləsində dəyişikliklər, ƏMAS altsistemində yeniliklərlə yanaşı xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasının yeni qaydası ilə bağlı məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) və  mksacademy2022@gmail.com vasitəsilə əlaqə saxlamaq kifayətdir. 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 30 yanvar 2026-cı il tarixli, 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib.

MKS Academy ekspertləri Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi Əsasnamədəki yenilikləri izah edir:

"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi" Qaydasının 2.2.3-cü maddəsinə əsasən, sığortaolunan törətdiyi cinayət nəticəsində xəsarət aldıqda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməyəcək.

Qaydanıının 2.18-ci bəndində qey Məlumatlarda sığortaolunanın aldığı xəsarət səbəbindən hüquq mühafizə orqanlarına məlumat verilməsi qeyd olunduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin avtomatlaşdırılmış qaydada təyin edilməsi və ödənilməsi xəsarətin sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya törətdiyi cinayət nəticəsində baş verməsi müəyyənləşdirilənədək dayandırılır. Sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya törətdiyi cinayət nəticəsində baş verməsi faktı təsdiq edilmədiyi halda, müavinət bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin edilir və ödənilir.

İndi isə qaydanın tələblərini misalla izah edək.

Misal. İşçinin sağ qolunun sınması səbəbindən tibb müəssisəsinə müraciət edib. Tibb müəssisəsi işçiyə xəstəlik vərəqəsi açsa da, həmin sənədin qeyd hissəsində bildirib ki, hüquq mühafizə orqanlarına məlumat verilib. Bu halda Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçiyə əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmayacaq.  Dövlət qurumu hüquq mühafizə orqanının rəyini hazır olana qədər gözləmə mövqeyində olacaq. Hüquq mühafizə orqanları rəyində qeyd edilərsə, sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya törətdiyi cinayət nəticəsində baş verməsi faktı təsdiq edildiyi halda müavinət hesablanması həyata keçirilməyəcək.  Əks halda sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin edilərək ödəniləcək.

Qeyd edək ki, Qaydaların təsdiq edilməsinədək işəgötürən tərəfindən işçinin xəsarət alması ilə bağlı izahatlar müvafiq dövlət qurumuna təqdim edilirdi. Qaydalara edilmiş dəyişikliklərdən sonra isə işçinin xəsarət alması ilə bağlı əlavə izahatların təqdim edilməsinə ehtiyac qalmamışdır.

Yaxın günlərdə dərc olunacaq “Əmək Məcəlləsi 2026” kitabında Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi dəyişikliklər və xəstəlik vərəqəsi ilə bağlı yeniliklər ətraflı izah olunacaq. Kitabı sifariş etmək üçün 050-368-12-72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com ilə əlaqə saxlamaq kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)

2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)

Yaxın zamanlarda satışda olacaq nəşrlər

1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026

3. Əməyin uçotu: A-dan Z-yə - 2026

4. ƏMAS Platforması: A-dan Z-yə 2026

5. Vergi uçotu: A-dan Z-yə 2026

6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026

7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər