RƏSMİ: Xəstəlik vərəqəsi üzrə müavinətin hesablanma qaydası dəyişdirildi (2-ci yazı)
Müavinətin hesablanmasında artıq son 12 ayın gəlirləri əsas götürülməyəcək, hesablamalar iş günləri üzrə deyil, təqvim günləri üzrə aparılacaq
Növbəti onlayn tematik təlimimiz 7 fevral 2026-cı il (şənbə), saat 10:00-da “Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda keçiriləcək. Təlimdə Əmək Məcəlləsində dəyişikliklər, ƏMAS altsistemində yeniliklərlə yanaşı xəstəlik vərəqəsi üzrə müavinətin hesablanmasının yeni qaydası ilə bağlı məlumat veriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (WhatsApp aktivdir) və mksacademy2022@gmail.com vasitəsilə əlaqə saxlamaq kifayətdir.
189 saylı qərarın əvvəlki redaksiyasına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı üzrə əldə etdiyi qazancın məbləğindən asılı olaraq müəyyən edilirdi.
Yeni redaksiyada təsdiq olunan **“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydaları”**nın 2.7-ci maddəsinə əsasən isə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rüb üzrə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır.
Maddədən göründüyü kimi, dəyişiklikdən sonra müavinət artıq son 12 ayın gəlirləri əsasında deyil, əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə işçiyə hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqının dörd misli əsasında müəyyən ediləcək.
Misal: İşçi 2026-cı ilin yanvar ayında əmək qabiliyyətini müvəqqəti itirmişdir. Əvvəlki qaydalara əsasən, bu zaman işəgötürən işçinin son 12 ay üzrə (yanvar–dekabr 2025-ci il) qazancını əsas götürərək hesablama aparırdı. Yeni dəyişikliklərə görə isə işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, hesablanma zamanı ardıcıl gələn 4 rüb üzrə işçiyə hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqının dörd misli əsas götürülür.
Fərz edək ki, işçi üzrə əvvəlki 4 rüb ərzində cəmi 2 000 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilmişdir. Bu halda, işçi üçün nəzərə alınacaq baza məbləği 8 000 manat (2 000 manat × 4) təşkil edəcək.
Növbəti yazımızda Qaydalara edilən dəyişikliklərə əsasən, müavinətin hesablanması üçün müəyyən edilmiş düstur barədə ətraflı məlumat verəcəyik.
Yaxın günlərdə dərc olunacaq “Əmək Məcəlləsi 2026” kitabında Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi dəyişikliklər və xəstəlik vərəqəsi ilə bağlı yeniliklər ətraflı izah olunacaq. Kitabı sifariş etmək üçün 050-368-12-72 (WhatsApp aktivdir) və ya mksacademy2022@gmail.com ilə əlaqə saxlamaq kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın