Bəzi işəgötürənlərin istinad etdiyi əmək müqaviləsinə xitam maddəsi niyə ləğv edildi?
ƏMAS Altsistemində yenilik: Əmək müqaviləsinə xitam əsası olan maddə çıxarıldı
Növbəti onlayn tematik təlimimiz 7 fevral 2026-cı il (şənbə günü) tarixdə "Əmək Məcəlləsində dəyişikliklərin tətbiqi: Yanlış anlaşılmalar və ƏMAS altsistemində yeniliklər” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və ya mksacademy2022@gmail.com email adressi ilə əlaqə saxlamağınız kifayətdir.
MKS Academy-nin həyata keçirdiyi tematik təlimlərdə həmkarlarımızla əmək müqaviləsinə xitamla bağlı ən çox müzakirə olunan müddəalardan biri Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “a” bəndi olub. Həmin bəndə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilməsi mümkün idi. Təcrübədə işəgötürənlər əmək müqaviləsi bağlanarkən müqavilənin 9.5-ci maddəsi olan “Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar” bölməsində “tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilə bilər” qeydinə yer verirdilər. İşçinin əmək müqaviləsinə xitam üçün əsas tapılmadıqda (müqavilənin müddəti bitmədikdə və ya işçi ərizə ilə müraciət etmədikdə) işəgötürənlər Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verirdilər.
Tematik təlimlər zamanı qeyd etdik ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “a” bəndi işəgötürənlər üçün sui-istifadə hallarına zəmin yaradırdı. Belə ki, işəgötürən həmin maddədən istifadə etməklə əmək müqaviləsinə xitam verilən işçiyə hər hansı təminat və ya kompensasiya ödəmirdi.
Əmək Məcəlləsində edilən son dəyişikliklər nəticəsində bəzi işəgötürənlər tərəfindən işçilərin əmək müqaviləsinə xitam zamanı sui-istifadə edilən Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “a” bəndi (tərəflərin qarşılıqlı razılığı ilə) ləğv edildi. Qeyd edək ki, ƏMAS altsistemində də xitam əmri tərtib edilərkən həmin maddəyə istinad imkanı artıq mövcud deyil, yəni sözügedən bənd siyahıdan çıxarılıb:

Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın