Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası

Aqil Ağayevin təqdimatında: Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanmasının yeni qaydası

Növbəti tematik təlimimiz 20 dekabr 2025-ci il (şənbə günü) keçiriləcək. Təlimin mövzusu: “Əmək Məcəlləsinə təklif edilən son dəyişikliklər və 2026-cı ilin istehsalat təqvimi”. Təlim həm əyani (Caspian Plaza), həm də onlayn (ZOOM) formatında təşkil olunacaq və 10:00–13:00 aralığında baş tutacaq.

Növbəti ildən dəyişikliklər edilməsi gözlənilən qanunvericilik aktlarından biri də Əmək Məcəlləsidir. Sənəddə bəzi kateqoriyadan olan işçilərə verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, əməkhaqqı və məzuniyyət ödənişlərinin hesablanması, ödənilməsi ilə bağlı yeni qaydaların işə düşməsi, distant iş rejiminə keçidin rəsmiləşdirilməsi və digər yeniliklər əksini tapıb. Təlimçi ekspert Aqil Ağayev “vergiler.az”a məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması ilə bağlı gözlənilən dəyişikliyi şərh edib. 

Təklif edilən dəyişikliklərə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı bəzi dövrlər artıq nəzərə alınmayacaq və həmin dövrlər əməkhaqqı ödənilmiş yaxın və tam təqvim ayları ilə əvəz olunacaq.

Həmin dövrlər aşağıdakılardır:

• işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü;

• boşdayanma müddəti;

• qismən ödənişsiz sosial məzuniyyət dövrləri;

Bu dövrlər hesablamadan çıxarıldıqda, onların əvəzinə işçinin faktiki olaraq əməkhaqqı aldığı yaxın tam təqvim ayları üzrə əməkhaqqı məbləğləri nəzərə alınacaq. Bununla da ödənişsiz və ya qismən ödənişli dövrlərin işçinin məzuniyyət haqqının azalmasına təsiri aradan qaldırılacaq.

Məsələni praktiki nümunə üzərindən izah edək:

Tutaq ki, “AA” MMC-də 3 ildir çalışan əməkdaş 1 yanvar 2026-cı il tarixdə 31 təqvim günü müddətində məzuniyyətə çıxır. Əməkdaşın tarif əməkhaqqı 1.000 manatdır. Mövcud qanunvericiliyə əsasən, onun son 12 aylıq əməkhaqqı aşağıdakı kimi hesablanacaq:

Ay

Əməkhaqqı

Əlavələr (NK-nın 137 nömrəli Qərarı ilə nəzərə alınan ödənişlər)

Cəmi

Yanvar

1000

100

1100

Fevral

1000

1000

Mart

1000

100

1100

Aprel

Ödənişsiz məzuniyyət

May

Ödənişsiz məzuniyyət

İyun

1000

50

1050

İyul

1000

50

1050

Avqust

1000

400

1400

Sentyabr

1000

400

1400

Oktyabr

1000

1000

Noyabr

1000

100

1100

Dekabr

1000

1000

Cəmi

11 200

Cədvələ əsasən orta günlük əməkhaqqı: (11.200 : 12) : 30,4 = 30,70 manat

Məzuniyyət haqqı: 30,70 × 31 = 951,75 manat.

Mövcud qanunvericiliyə əsasən, məzuniyyət haqqı 951,75 manat təşkil edir. Təklif edilən dəyişikliklərə əsasən, bu hesablanma zamanı ödənişsiz məzuniyyət dövrü nəzərə alınmayacaq.

Diqqət yetirdikdə görünür ki, əməkdaş aprel və may aylarında işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətə göndərilib. Təklif edilən yeni qaydalara əsasən, bu aylar hesablamadan çıxarılır və onların əvəzinə yaxın tam təqvim ayları üzrə əməkhaqqı nəzərə alınır.

Bu halda yaxın aylar kimi 2024-cü ilin noyabr və dekabr ayları götürülür və həmin aylar üzrə əməkhaqqı hesablamaya daxil edilir. Əgər həmin aylarda işçi qismən ödənişsiz sosial məzuniyyətdə olarsa, əvvəliki aylardakı əməkhaqqı məbləğləri hesablanacaq:

• Noyabr – 1000 manat

• Dekabr – 1000 manat

Yeni hesablamada:

Ümumi məbləğ:

11.200 + 1000 + 1000 = 13.200 manat;

Məzuniyyət haqqı:

(13200 : 12) : 30,4 = 36,18 manat;

36,18 × 31 = 1.121,58 manat.

Təklif edilən dəyişikliklər qüvvəyə minərsə, işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı ödənişsiz və ya qismən ödənişli dövrlər onun zərərinə hesablanmayacaq. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər