YENİ CƏRİMƏ! İş vaxtının cəmlənmiş uçotu ilə bağlı hansı hal inzibati məsuliyyət yaradacaq (3-cü yazı)

YENİ CƏRİMƏ! İş vaxtının cəmlənmiş uçotu ilə bağlı hansı hal inzibati məsuliyyət yaradacaq (3-cü yazı)

Mks.az saytının ekspertləri İnzibati Xətalar Məcəlləsindəki son dəyişiklikləri şərh edir

Növbəti tematik təlimimiz 14 iyun 2025-ci il (şənbə günü) tarixdə "Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə" mövzusunda keçiriləcək. Təlim həm onlayn (saat 10:00 - 13:00, ZOOM), həm də əyani (saat 14:00 - 17:00, Caspian Plaza) formada keçiriləcək. Tematik təlimdə aşağıdakı mövzular haqqında ətraflı məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin bir qismi əmək qanunvericiliyi ilə bağlıdır. Mks.az-ın ekspertləri son dəyişikliklər haqqında izahatlar hazırlayıb.

İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə də dəyişiklik həyata keçirilib. İnzibati Xətalar Məcəlləsinə edilə dəyişikliklə bağlı Qanuna əsasən, 198.1.5-ci maddəyə “riayət edilməməsinə” sözlərindən sonra “, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə” sözləri əlavə edilib.  Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən, normal əmək və istirahət rejiminə riayət edilməməsi, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi halı da əməyin mühafizəsi qaydalarının pozulması kimi qiymətləndiriləcək.  

Maddənin tələblərini izah edək: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2025-ci ilin istehsalat təqviminə əsasən, illik iş vaxtı norması 1903 saatdır, amma işəgötürənin hazırladığı növbə cədvəlinə görə işçinin illik iş vaxtı 1 910 saat təşkil edib. İşəgötürən tərəfindən işçinin əlavə 7 saatlıq işə cəlb edilməsi sırf növbə cədvəlində onun iş saatlarının düzgün qurulmaması nəticəsində baş verib.  Dövlət Əmək Müfəttişliyi Xidməti həmin pozuntu aşkar edib. Dövlət qurumu tərəfindən əməyin mühafizəsi qaydalarının pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi halına görə işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə uyğun olaraq beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilə bilər.

İnzibati Xətalar Məcəlləsinin əmək qanunvericiliyinə aid bütün maddələrinin tətbiqinin misallarla izahı 14 iyun 2025-ci il tarixdə “Fərdi əmək mübahisələri və inzibati cərimələr: A-dan Z-yə” mövzusunda, əyani və onlayn formada keçiriləcək tematik təlimdə geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi uçotu: A-dan Z-yə (IX nəşr) - 2025

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2025

3. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

4.  Vergi Məcəlləsi 2025

5. Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı

6.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
7. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. ƏMAS Platforması - III nəşr
3. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər