
Əmək Məcəlləsində kişi cinsindən olan işçiləri sevindərəcək ÖDƏNİŞLİ MƏZUNİYYƏT təklifi
17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi". Təlimdə həmçinin ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress). Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda qeyd edib ki, hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Bu dəyişikliklərin biri də kişi işçilərin məzuniyyət hüququ ilə bağlıdır.
Əmək Məcəlləsinin əmək məzuniyyəti ilə müvafiq maddələrinin “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 nömrəli Konvensiyası uyğunlaşdırılması məqsədilə dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən biri də, həyat yoldaşı hamiləliyə və doğuşa görə məzuniyyətdə olan kişilərə ödənişli məzuniyyətin verilməsi təklifidir. Əmək Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, həmin şəxslərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, əmək məzuniyyəti, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və digər vacib dəyişiklər haqqında 17 may 2025-ci il tarixdə onlayn və əyani formada “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda keçiriləcək tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2025
2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025
3. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı"
4. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
Vergi uçotu: A-dan Z-yə (IX nəşr)
Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)
Əməyin uçotu: A-dan Z-yə (V nəşr)
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın