RƏSM! Baş Nazir Əli Əsədov ƏMAS-la bağlı məşhur qərarı LƏĞV ETDİ

RƏSM! Baş Nazir Əli Əsədov ƏMAS-la bağlı məşhur qərarı LƏĞV ETDİ

Nazirlər Kabinetinin qərarında "iş stajı" anlayışı yeni formada təsdiq edildi

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Əmək Məcəlləsində edilən son dəyişikliklər nəticəsində əmək müqaviləsi bildirişi anlayışının ləğv olunması və əmək kitabçası ilə bağlı bəzi tələblərin aradan qaldırılması həyata keçirildi.  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı Nazirlər Kabinetinin 12 may 2025-ci il tarixli, 157 saylı qərarına əsasən müvafiq qərarlarda bəzi dəyişikliklər həyata keçirilib.

Bundan əlavə, Baş nazirin qərarı ilə ƏMAS-la bağlı olan "“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ı da ləğv edildi. Qeyd edilən qərarın ləğv edilməsinə səbəb Əmək Məcəlləsindən "Əmək müqaviləsi bildirişinin forması" anlayışının çıxarılması olub.

Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla digər hallarda işə qəbul zamanı əmək kitabçasının tələb edilməsi qadağan edilib. Nazirlər Kabinetinin 157 saylı qərarı ilə dəyişiklik edilən bəzi qərarlarda "iş stajı" anlayışına yanaşma dəyişdirilib. Belə ki, Əmək Məcəlləsinə edilən son dəyişikliklərdə sonra iş stajı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasına əsasən müəyyən edilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarları və Əmək Məcəlləsində gözlənilən dəyişikliklər (əmək məzuniyyəti, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və digər vacib dəyişiklər) haqqında  geniş məlumat 17 may 2025-ci il tarixdə “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda onlayn və əyani formada  keçiriləcək tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər