Əmək Məcəlləsində əmək məzuniyyəti və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK

Əmək Məcəlləsində əmək məzuniyyəti və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı İNQİLABİ DƏYİŞİKLİK

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda qeyd edib ki, hazırda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərin ən vacibi əmək məzuniyyəti və istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ilə bağlıdır. 

Əmək Məcəlləsinin əmək məzuniyyəti ilə müvafiq maddələrinin Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən baxılmış)132 nömrəli Konvensiyasının tələblərinə uyğunlaşdırılması məqsədilə Məcəlləyə dəyişikliklər edilməsi nəzərdə tutulur. Təklif edilən dəyişikliyə əsasən, işəgötürənə müəyyən hallarda işçi məzuniyyət ərizəsi yazmadığı halda onu əmək məzuniyyətinə göndərmək hüququ veriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq işçi əmək məzuniyyətinə çıxmaq üçün mütləq ərizə ilə müraciət etməlidir. Belə ki, Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

Digər mühüm dəyişiklik əmək müqaviləsinə xitam zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi məsələsinə fərqli yanaşmadır. Təklif olunan dəyişikliklər qüvvəyə minərsə, bəzi hallarda işəgötürənə işçinin əmək müqaviləsinə xitam zamanı ona istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödəməmək hüququ veriləcək.

Qeyd edək ki, əmək məzuniyyəti, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və digər vacib dəyişiklər haqqında  geniş məlumat 17 may 2025-ci il tarixdə “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda onlayn və əyani formada  keçiriləcək tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər