Baş Nazir Əli Əsədov əmək kitabçaları ilə bağlı YENİ qaydanı təsdiqlədi

Baş Nazir Əli Əsədov əmək kitabçaları ilə bağlı YENİ qaydanı təsdiqlədi

17 may 2025-ci il tarixdə onlayn və əyani formada həyata keçiriləcək növbəti tematik təlimimiz iki mövzudan ibarət olacaq: "İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi".  Təlimdə həmçinin  ƏMAS altsistemində həyata keçirilən son yeniliklər haqqında məlumat veriləcək. Tematik təlimdə iştirak üçün əlaqə vasitələri: 050-368-12-72 saylı telefon (what's app da aktivdir) və [email protected] (email adress).  Fərdi və ya təşkilat (e-qaimə, müqavilə və s.) hesabına qoşulmaq mümkündür.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “ 12 ”  may ” 2025-ci il tarixli, 156 saylı qərarı ilə “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”nı təsdiq və “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarını ləğv edilib.   Nazirlər Kabinetinin öncəki qərarının ləğv edilməsinə səbəb 12 avqust 2024-cü il tarixdə Əmək Məcəllləsinin 49-cu maddəsinə edilən dəyişiklikdir. Həmin dəyişiklik nəticəsində Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla digər hallarda əmək kitabçası tələbinin ləğv  olunmasııdır. Yəni işəgötürən işçinin əmək müqaviləsini elektron formada yəni ƏMAS altsistemində bağladığı halda işçidən əmək kitabçası tələb edə bilməz.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilən hallar dedikdə isə, dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələr (peşələr) nəzərdə tutulur.  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilən dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı aşağıdakı kimidir:

1. Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;

2. təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;

3. seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;

4. prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr;

5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.

Məhz səbəbdən də yeni təsdiq edilən qaydalarda qeyd edilir ki,   Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçilərin əmək kitabçasının forması və doldurulması qaydalarını müəyyən edir. 

Nazirlər Kabinetinin yeni qərari ilə təsdiq edilən işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydalarını linki təqdim edirik:

Nazirlər Kabinetinin əmək kitabçası ilə bağlı yeni qaydaları

Əmək kitabçası ilə bağlı yeni qaydalar, həmçinin Əmək Məcəlləsində təklif edilən dəyişikliklər haqqında 17 may 2025-ci il tarixdə “İş vaxtı rejimləri, növbə cədvəllərinin qurulması və proseslərin ƏMAS altsistemində əks olunması” və "Əmək Məcəlləsində gözlənilən dəyişikliklərin müzakirəsi" mövzusunda onlayn və əyani formada  keçiriləcək tematik təlimdə daha geniş məlumat veriləcək. Tematik təlimdə iştirak üçün  050-368-12-72 saylı telefonla (what's app da aktivdir) əlaqə saxlamağınız kifayətdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. Vergi Məcəlləsi 2025

2. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2025

3.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 

4.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

Vergi uçotu: A-dan Z-yə (IX nəşr)

Vergi Məcəlləsi. Ümumi Hissəsinin izahı (V nəşr)

Əməyin uçotu: A-dan Z-yə (V nəşr)

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın